"Nar" nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir
Sosial layihələrə xüsusi önəmlə yanaşan "Nar" "Karlara Dəstək" İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir.
Mobil operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli şəxslərin gələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner modelyer tərəfindən peşə təlimləri tədris ediləcək. Bu təlimlər iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq, bu da onların gələcək iş imkanlarını genişləndirəcək.
Qeyd edək ki, "Nar"ın "Təlim Məktəbi" layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan "Eventiada IPRA Golden World Awards 2019" müsabiqəsində "KSM üzrə ən yaxşı layihə" nominasiyasında qalib gəlmişdir. "Nar" bu mükafatdan və layihənin cəmiyyətə verdiyi müsbət təsirdən ruhlanaraq uzun illərdir ki, "Təlim Məktəbi" layihəsini davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə buradan ətraflı tanış ola bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var