"Nargis" jurnalı xüsusi buraxılışında "Veysəloğlu"nun ekoloji layihələrindən bəhs edib

"Nargis" jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi ekoloji layihələrinə xüsusi yer ayırıb. Jurnal önəmli tədbir olan COP29-un iştirakçıları arasında geniş yayılmaqla layihələrin məqsəd və mesajlarını daha geniş auditoriyaya çatdırmış olub.
Təqdim edilən məqalədə bildirilir ki, 2024-cü ildə Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa doğru mühüm addım ataraq 63 yeni çoxtemperaturlu yük maşınını istifadəyə verib. Bu nəqliyyat vasitələri müxtəlif temperatur rejimlərində məhsulları bir səfərdə daşıyaraq səyahət məsafəsini qısaldır və nəticədə ildə 3,5 milyon kiloqram karbon emissiyasını azaltmağa imkan verir.
"Nargis" jurnalı "Araz" supermarketlər şəbəkəsinin yaşıl iqtisadiyyata dəstək layihələrindən də ətraflı bəhs edib. Bunlar "Ekoçantadan istifadənin təşviqi", "Tullantıları ekoçantaya dəyiş", "Tullantıları tingə dəyiş", "Batareyaları təhvil ver, təbiəti qoru", "Araz"ın təbiətsevərləri "Təmiz ölkəm" aksiyasında, "Sahibsiz heyvanlara qayğı" və "Transformasiya layihəsi" kimi ekoloji və sosial layihələrdir.
Məqalədə bildirilir ki, 2024-cü ildə ETSN və "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağaclarının əkilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Təmiz ölkəm" marafonuna qatılan əməkdaşlar, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Novxanı sahilindən 1 tondan çox tullantı toplayaraq insanları ətraf mühitə məsuliyyətlə yanaşmağa çağırıb.
Sözügedən məqalədə Veysəloğlu Şirkətlər Qrupunun Elektron Sənəd Dövriyyəsi (ESD) transformasiya layihəsi ilə kağız və katric istifadəsinə 50%-dən çox qənaət edilməsinə nail olduğu da xüsusi vurğulanır.
Bütün bunlarla yanaşı Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək "Nargis" jurnalı ilə birgə "Zero Waste Project by Nargis – 2024" (Sıfır Tullantı - 2024) layihəsi çərçivəsində baş sponsor kimi əhəmiyyətli bir addım da atıb. Bu əməkdaşlıq çərçivəsində "Veysəloğlu" tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak edib. Toplanan tullantıların təkrar emalı həyata keçirilib və bu tullantılardan eko-mebellər hazırlanıb. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində "Yaşıl Zona"da nümayiş etdirilib. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.
30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq "Yaşıl İqtisadiyyat"a dəstək göstərir. Şirkətlər Qrupu, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 21 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber novruz bayramı krimnal bugun son xəbər