"Nar"ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR

İnklüziv cəmiyyət istiqamətində mütəmadi sosial layihələr həyata keçirən sərfəli mobil operator "Nar" bu dəfə əlilliyi olan şəxsləri kulinariya master-klasında bir araya gətirib. 
Layihə iştirakçılarını "Nar"ın baş icraçı direktoru Özgür Genç salamlayıb: ""Nar" olaraq, uzun illərdir əlilliyi olan şəxslərin sosial, mədəni, təhsil və məşğulluq sahələrində bərabər və əlçatan imkanlardan faydalanmasını dəstəkləyən ardıcıl layihələr həyata keçiririk. Müxtəlif sahələri əhatə edən təşəbbüslərimizin əsas məqsədi hər kəsin özünə uyğun şəkildə iştirak edə, öz potensialını reallaşdıra və özünü cəmiyyətin bir parçası kimi hiss edə biləcəyi daha inklüziv mühitin formalaşmasına töhfə verməkdir. Bu yolda layihələrimizin iştirakçılarına və bizə dəstək olan tərəfdaşlarımıza təşəkkürümü bildirirəm."
"Bütün Vücudlar Danışır" sosial layihəsi çərçivəsində keçirilən kulinariya master-klası "Hyatt Regency Baku" hotelində baş tutub. Tədbirin açılışında hotelin baş meneceri Orxan Ələkbərov çıxış edib, daha sonra master-klas baş aşpaz Kənan Balaşovun rəhbərliyi ilə davam edib.
İnklüziv və səmimi atmosferdə baş tutan master-klasda iştirakçılar komanda şəklində çalışaraq müxtəlif təamların hazırlanmasında iştirak ediblər, bu prosesdə həm yeni təcrübələr qazanıblar, həm də yaradıcı yanaşmalarını ortaya qoyublar. Tədbir birgə fəaliyyətin yaratdığı isti ab-hava və iştirakçılar arasındakı səmimi ünsiyyətlə yadda qalıb.
Qeyd edək ki, "Bütün Vücudlar Danışır" sosial layihəsi mobil operator "Nar" və "DanceAbility Azərbaycan" tərəfindən həyata keçirilir. Layihənin 13 dekabr 2025-ci ildən start götürən hazırkı mərhələsində, 75 nəfəri əlilliyi olan şəxslər olmaqla, ümumilikdə 233 nəfər iştirak edib. "Bütün Vücudlar Danışır" sosial layihəsinin hədəfi təlim proqramları, master-klaslar, əlilliyi olan və olmayan şəxslərin birgə iştirak etdiyi rəqs və digər fəaliyyətlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir. 
"Nar"ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
"Nar" hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 25 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026