"Nar"ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı

Sərfəlilik strategiyası ilə yanaşı, sosial məsuliyyət prinsiplərinə də önəmlə yanaşan "Nar"ın dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ekologiya mövzusunda beynəlxalq təlim uğurla yekunlaşıb. "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB-nin təşkil etdiyi təlimin sonunda iştirakçılara beynəlxalq eko-sertifikatlar təqdim edilib. Təlim nəticəsində media nümayəndələri COP29 konfransında daha hazırlıqlı iştiraklarını təmin ediblər. 
İki gün davam edən onlayn sessiyalardan sonra təlimin son günündə təlimçi – ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara jurnalistlərlə səhər yeməyində görüşüb. Görüş zamanı Lara və media əməkdaşları ölkəmizin ev sahibi olduğu COP29 konfransı ilə bağlı müzakirələr aparıb, təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, 3 gün davam edən təlimdə media nümayəndələrinə qlobal istiləşmə, iqlim dəyişikliyi layihələrinin hazırlanması və büdcə idarəetməsi barədə geniş məlumat verilib. Bu biliklər jurnalistlərin hazırda davam edən COP29 konfransında müzakirə olunan mövzulara daha dərindən yanaşmalarına və ekoloji mövzuları mediada peşəkar şəkildə işıqlandırmalarına imkan yaradıb.
"Nar" bu təşəbbüsü ilə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə və iqlim dəyişikliyi ilə mübarizədə medianın maarifləndirici roluna dəstəyini nümayiş etdirir. Mobil operatorun korporativ sosial məsuliyyət çərçivəsində gerçəkləşdirdiyi bütün layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.  
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 18 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun meherremlik 2026 cəbhədən son durum son xəbər