Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərinə səbəb olur.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, problemin sadə və bəsit həll yolu yoxdur.
O bildirib ki, insanların ehtiyacı olmasa kredit almaz: "Bankların isə ehtiyacı olmasa istehlak kreditlərini daha çox verməzlər. Banklar biznes kreditlərini vermək istəmir və ya vermir. Uzunmüddətli kreditlərə həvəsləri yoxdur, çünki uzunmüddətli kreditlər daha risklidir. İstehlak kreditləri isə həm yüksək faizlidir, həm də daha qısa 6 və ya bir illik müddətə verilir. Bu da banklar üçün sərfəlidir. Vətəndaşların da ehtiyacı var və bunu qazancları ilə qarşılaya bilmirlər deyə istehlak kreditlərinə müraciət edirlər".
İqtisadçı qeyd edib ki, problemin uzun müddətli həll yolu faizlərin aşağı salınmasıdır, paralel olaraq vətəndaşların gəlirləri artmalıdır: "Bunun başqa çıxış yolu yoxdur. Amma bu da sadə, zaman etibarilə qısa müddətdə həll olunası məsələ deyil. Amma yenə çıxış yolu budur. Kredit faizləri aşağı düşməlidir, ən azı inkişaf etmiş ölkələrdə olduğu səviyyələrdə olmalıdır, indiki kimi yox. Azərbaycanda istehlak kreditləri iki rəqəmlidir. İstehlak kreditlərinin faiz dərəcələri bir rəqəmliyə düşməlidir. İnsanların isə real gəlirləri artmalıdır. Bu ikisi baş verməzsə, problemin həlli mümkün deyil".
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar