NATO-nun xarici işlər nazirləri Praqada bir araya gəlir
NATO ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün Praqada qeyri-rəsmi toplantıda bir araya gəlir.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, müttəfiq ölkələrin xarici işlər nazirləri bu il iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq məqsədilə Praqada qeyri-rəsmi görüşlər keçirəcəklər.
İki gün davam edəcək toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Alyansın gündəliyində olan çəkindirmə və müdafiə ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bununla yanaşı Ukraynaya dəstək mövzusunu da ətraflı müzakirə edəcəklər.
Xüsusilə hava hücumundan müdafiə və artilleriya sursatlarının tədarükünə diqqət yetiriləcək. Həmçinin toplantıda Ukraynaya verilən dəstəyi institutsionallaşdırmaq və Alyans daxilində ədalətli yük paylaşımını təmin etmək yolları axtarılacaq.
Gülay

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu