Naxçıvan DSMF-nin ötənilki büdcəsində 34 milyon 152 min manat artıq qalıb
2022-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yığım hesabına 132 milyon 776 min 400 manat vəsait daxil olub, proqnoz göstərici 115,2 faiz icra edilib.
azxeber.com xəbər verir ki, Fondun mətbuat xidmətindən Report-un yerli bürosuna verilən məlumata görə, ötən il Fondun büdcə xərcləri 203 milyon 34 min 126 manat təşkil edib.
Fondun 2022-ci il üzrə xərclərinin 198 milyon 690 min manatı və ya 97,9 faizi pensiya və müavinətin ödənilməsinə xərclənib. Ölkə başçısının pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq, 2022-ci ildə bir il əvvəllə müqayisədə pensiya və müavinət alan şəxslərə 10 milyon 477 min manat və ya 5,5 faiz əlavə vəsait verilib.
Əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 66,8 faizi muxtar respublikada məcburi dövlət sosial sığorta haqqı şəklində yığılıb.
Məlumata görə, Naxçıvan DSMF-nin 2022-ci ilin büdcəsində 34 milyon 152 min manat vəsait qalıq qalıb. Bu vəsait 2023-cü ilin büdcəsinə daxil edilib.

ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq
Azərbaycanlı qız Gürcüstanda faciəvi şəkildə öldü
Livan və İsrail arasında danışıqların beşinci raundu başladı
"Land Cruiser" motosikletə çırpıldı - Kuryer öldü
Övladının həyatını təhlükəyə atmışdı - Saxlanıldı
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
"Ebola virusu sürətlə yayılır" - ÜST
Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycandadır
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var