Naxçıvan sakinlərinə mənzillərlə bağlı SEVİNDİRİCİ XƏBƏR
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq MİDA-nın Mətbuat Xidmətindən məlumat verilib.
"Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan "Əhalinin mənzil alışına əlçatanlığının yaxşılaşdırılması" tədbiri ilə bağlı icraçı qurumlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir.
Bununla əlaqədar olaraq agentlik tərəfindən Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsinə başlanılıb", - deyə MİDA-dan bildirilib. / azxeber.com

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu