Naxçıvana çəkilən yeni yolun inşasına başlanılıb - Prezidentin köməkçisi
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru və dəmir yolunun bərpası istiqamətində artıq İranla ilkin təmaslara başlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bu istiqamətdə səlahiyyətli nazirlər tərəfindən işlər aparılmaqdadır: "Yəni, praktiki iş başlayıb. Zəngilanda, Ağbənddə Araz çayı üzərində tikiləcək körpülərlə İran ərazisinə, oradan da Naxçıvana keçmək üçün quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün ciddi addım atmadı. Biz də Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik. Gördüyünüz kimi, Orta Dəhlizdə yeni imkanlar yaranır və bu fürsətləri də doğru, düzgün qiymətləndirərək əlaqələri qurmalıyıq".

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var