Naxçıvanda uşaq plov qazanına düşdü
Naxçıvan şəhərində anasının plov bişirdiyi qazanın içinə düşərək bədənində 2-ci və 3-cü dərəcəli yanıq yaraları alan 9 yaşlı Fərid Səfərov hazırda Türkiyənin Ərzurum şəhərində müalicə olunur. Həkimlər onun həyati təhlükəsinin hələ də davam etdiyini bildirir.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk tibbi müdaxilə Naxçıvanda edilən Fərid, daha sonra Türkiyəyə aparılıb. Iğdır Dövlət Xəstəxanasında qolunda əməliyyat edilən uşaq, daha sonra Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinə köçürülüb.
Anası Tələhə Səfərova (36) oğlunun vəziyyətini belə izah edib:
"Həyətin içində yemək bişirirdim. Ailəmiz çox böyük olduğuna görə qazanda plov hazırlayırdım. Bu zaman oğlum yanıma gəldi və ayağı taxtaya ilişib qazanın içinə düşdü. Biz yanına çatana qədər özü qazandan çıxmışdı. Dərhal xəstəxanaya apardıq. Bizə dedilər ki, ya Bakıya, ya da Türkiyəyə aparın. Türkiyəni seçdik. Həkimlər oğluma çox yaxşı baxırlar. Ümid edirəm ki, tezliklə sağalar".
Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzindən həkim Onur Ceylan uşağın vəziyyəti ilə bağlı açıqlama verib:
"Pasiyentin isti su qazanın içinə düşməsi nəticəsində bədəninin 25%-i yanıb. Xüsusilə qol və əl nahiyəsində dərin yanıq yaraları var. Hazırda tibbi və sarğı müalicələrinə davam edirik. Həyati təhlükəsinin aradan qalxdığını demək üçün hələ tezdir. Pasiyentin vəziyyətini stabilləşdirmək üçün müdaxilələrimiz davam edir"./BAKU.WS
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var