Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, muxtar respublikanın Ağır Cinayətlər Məhkəməsində proses hakim Faiq Heydərovun sədrliyi ilə keçirilib.
Əvvəlcə dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov və maliyyə naziri Rəfael Əliyev vəzifədə çalışdıqları dövrdə digər şəxslərlə əlbir olaraq dövlət büdcə vəsaitlərini mənimsəmə yolu ilə talayıblar.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Mənsur Əsgərov ifadəsində bildirib ki, pullar yük və sərnisin xətlərindən yığılıb. 2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb: "2020-ci ildə yeni təyinat aldıqdan sonra komitə sədri Səhhət Həbibbəyli məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3 000 manat paket alırdım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağına təhvil alırdı. Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim".
Mənsur Əsgərov özünü qismən təqsirli bilib.
Təqsirləndirilən digər şəxs Rəfael Əliyev qeyd edib ki, 2011-ci ildən maliyyə şöbəsinin rəisi işləyib: "Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəisləri verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. Verilən manat və dollarları mən eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədri Asəf Məmmədov və sonradan Səhhət Həbibbəyliyə verirdim. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqram Səhhət Həbibbəylinin təşəbbüsüdür".
O qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlara şişirdilmiş qiymətlərlə vəsaitləri köçürüb və nağdlaşdırma yolu ilə həmin vəsaitləri mənimsəyiblər: "Maliyyə naziri işləyərkən 2 300 manat maaş alırdım, 15 min manat isə paketim idi".
Proses mayın 2-dək təxirə salınıb.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var