Nazir gənclər təşkilatlarının rəhbərləri ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik istiqamətləri üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüşdən öncə nazir Mərdəkan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzini ziyarət edib, burada yaradılmış şəraitlə tanış olub. Fərid Qayıbov həmçinin Xəzər Gənclər Evinin şəraiti və fəaliyyəti ilə də maraqlanıb.
Tədbirdə iştirak edən 13 gənclər təşkilatının nümayəndələri milli mənəvi dəyərlərin qorunması və təbliği, eləcə də gənclərin vətənpərvərliyi yönündə fəaliyyətləri, həmçinin öz problemləri barədə məlumat veriblər.
Təşkilat nümayəndələrinin hər birini dinləyən Fərid Qayıbov qeyd edilən sahələrdə aktivlik, gəncləri narahat edən məsələlərin həllində gənclər təşkilatlarının fəallığının artırılması, kreativ ideya və təkliflərin dəyərləndirilməsi ilə bağlı tövsiyələr verib.
Görüşdə nazir müavini İndira Hacıyeva və Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev də iştirak ediblər.

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir