Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır

Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdırSinifdə şagird-müəllim nisbəti aşağı olan məktəblərdə tədrisin keyfiyyəti ilə daha ciddi problemlər var, nəinki nisbət fərqi yuxarı olan siniflərdə.
Bunu "Report"a müsahibəsində Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, dünyanın hər yerində daha çox adambaşına maliyyələşmə sistemi var və Azərbaycanda da bu sistemə keçid planlaşdırılır:
"Bu il artıq bir neçə pilot məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçidi nəzərdə tutmuşuq. Sonra digər islahatlar kimi bunu da müxtəlif mərhələlərlə tətbiq edə bilərik".
E.Əmrullayevin sözlərinə görə, ilkin mərhələdə pilot layihəyə rayonlardakı məktəblərdən başlanılacaq, çünki Bakıda maksimum bir-iki belə məktəb ola bilər.
"Amma rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır. Bir daha təkrar edirəm ki, bu, heç bir halda hər hansı məktəbin bağlanması və ya orada işləyən müəllimlərin iş yerlərini itirməsi anlamına gəlmir. Sadəcə, adambaşına maliyyələşmə sistemi müəyyən mənada sovet dövründən bizə miras qalan "stavka" və s. bu tipli sistemləri yeniləri ilə mütləq əvəz etməliyik", - nazir deyib.
E.Əmrullayev vurğulayıb ki, ölkədə müxtəlif – ibtidai, orta və tam orta təhsil səviyyələri var.
"Nazirlik olaraq inandığımız budur ki, hər yaşayış məntəqəsində mütləq bir məktəb olmalıdır. Çünki məktəb həmin kəndin, qəsəbənin elm ocağı, gələcəyi ilə bağlı ümididir. Bu nöqteyi-nəzərdən niyyətimiz hər hansı məktəbi bağlamaq deyil. Hesab edirəm ki, daha çox ibtidai yaşda şagirdlər öz kəndlərində, yaşadıqları yerdə təhsil almalıdırlar. Çünki azyaşlını bir qədər uzağa daşımaq və valideyni tərəfindən aparılmasını təmin etmək çətindir", - E.Əmrullayev bildirib.
Nazir nəzərə çatdırıb ki, azkontingentli məktəblərin 10-11-ci siniflərində bir və ya iki şagird təhsil alır və dövlət bu vəsaitlə onu daha böyük və keyfiyyətli məktəbə gətirməklə tədrisini təmin edə bilər:
"Bununla bağlı müəyyən işlər görülüb, müəyyən siyahı da var. Amma hansı ardıcıllıqla və necə icra olunması ilə bağlı məsələlər, yəqin ki, sentyabr ayında konkretləşəndən sonra ictimaiyyətə açıqlanacaq".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Sosial       Tarix: 14 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagird

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun bugunun xeberleri sosial yardim cebheden xeber