Nazirlər DTX-nin tədbirində - FOTOLAR

Nazirlər DTX-nin tədbirində - FOTOLARDekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.
DTX-dan KONKRET.az-a verilən xəbərə görə, tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və təhlükəsizlik orqanlarının veteranları iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Sonra Akademiyanın 25 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib, ardınca çıxış üçün söz DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə verilib.
Qonaqları salamlayaraq Akademiyanın professor-müəllim heyətinə və kursantlarına təbriklərini çatdıran Xidmət rəisi 25 il bundan əvvəl – 1998-ci il dekabrın 1-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanının Akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ilə təsadüf etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulayıb, hazırda təhsil ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq davamçılarının yetişdirildiyini diqqətə çatdırıb. Mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu Öndərin əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabr ayının 20-də imzaladığı Fərmanla Akademiyaya dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirib ki, bu gün DTX-nin və Akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli Liderin amalları və ideyaları üzərində qurmaqdadır.
DTX-nin rəisi Əli Nağıyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə görülən işlərdən ətraflı danışıb, son illərdə Akademiyanın kursantlarının ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu deyib.
Daha sonra digər qonaqlar da çıxış edərək Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, Akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs etmiş, professor-müəllim heyətinə və kursantlara çətin və şərəfli yolda uğurlar arzulayıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunub.
Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də "Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcıdır" adlı elmi-praktiki konfransla davam edəcəkdir.
Xidmət rəisi qeyd edib ki, əməliyyat şəraiti baxımından, həmçinin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi cəhətdən meydana gələn yeni çağırışlar Akademiyada təhsil alan, gələcəklərini təhlükəsizlik orqanları ilə bağlayacaq kursantların öz biliklərini, burada çalışan mütəxəssislərin isə bacarıq və vərdişlərini dövrün tələblərinə uyğun artırmalarını, tədris proqramlarının davamlı yenilənməsini vacib edir və bu istiqamətdə lazımi tədbirlər görülməkdədir.
Nazirlər DTX-nin tədbirində - FOTOLARNazirlər DTX-nin tədbirində - FOTOLARNazirlər DTX-nin tədbirində - FOTOLARNazirlər DTX-nin tədbirində - FOTOLARNazirlər DTX-nin tədbirində - FOTOLARNazirlər DTX-nin tədbirində - FOTOLAR

Siyasi       Tarix: 03 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari xəbərlər ən son xeberler axsam.az xeberler