Nazirlik Azərbaycanda "RİA Novosti" agentliyinin bloklanmasının səbəbini açıqladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan ərazisində "RİA Novosti" agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasına münasibət bildirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən qeyd edilib ki, ölkədə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunla tənzimlənir.
Həmin qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.
Sözügedən informasiya agentliyində ərazi bütövlüyümüzə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşıyıb.
"RİA Novosti" agentliyi internet informasiya resursunda ölkənin ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun tələblərini pozub və həmin qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb.

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək