Nazirlikdən vətəndaşlara mühüm XƏBƏRDARLIQ

Nazirlikdən vətəndaşlara mühüm XƏBƏRDARLIQ"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar aktual olan fişinq (phishing) hücumları ilə əlaqədar vətəndaşlara tanımadıqları şəxslər tərəfindən göndərilən mesajlara və e-poçt məktublarına qarşı həssas yanaşmağı tövsiyə edir".
Bu barədə nazirlikdən bildirilib.
Vətəndaşlardan xahiş olunur ki, onlara göndərilən şübhəli keçidlərə daxil olmasınlar, bu tipli mesaj və məktublarla göndərilən faylları yükləməsinlər, doğruluğundan əmin olmadıqları mesajları digər şəxslərə yönləndirməsinlər, onlara yönləndirilən belə mesajlara etibar etməsinlər və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar:
"Həmçinin vətəndaşlara tanımadıqları mənbələrdən daxil olan zənglərə qarşı diqqətli olmaq, zəng və ya mesaj vasitəsilə onlara məxsus fərdi məlumatlar tələb edildikdə, bu məlumatları təqdim etməmək tövsiyə edilir". 
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil edir, internet informasiya ehtiyatlarının monitorinqini həyata keçirir, baş vermiş kiberhücumlarla bağlı məlumatların operativ qəbulunu təşkil edir. ETX hücumlara qarşı müvafiq tədbirlər görür, həmçinin mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir.
Vətəndaşlardan xahiş olunur ki, hər hansı kiberhücum halları ilə qarşılaşdıqda www.cert.az internet informasiya ehtiyatı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

Sosial       Tarix: 08 avqust 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 en son xeberler son xabar cəbhədən son xəbərlər 2026