"Neftçi" - "Araz-Naxçıvan" görüşü heç-heçə başa çatdı
Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun növbəti görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, paytaxtın "Neftçi" komandası "Araz-Naxçıvan"ı qəbul edib. "Neftçi Arena"da keçirilən görüşdə komandalar hərəyə bir dəfə fərqlənib. Oyunda hesabı 41-ci dəqiqədə "Neftçi"nin heyətində Yuri Matias açıb – 1:0. Qonaqlar matçın son dəqiqələrində (90+3) hesabı bərabərləşdirməyə nail olublar. "Araz-Naxçıvan"ın heyətində Orxan Əliyev fərqlənib – 1:1. Görüş bu hesabla da başa çatıb.
Bu oyundan sonra aktivində 21 xal olan "Araz-Naxçıvan" beşinci, "Neftçi" isə 19 xalla altıncı sırada qərarlaşıb.
Xatırladaq ki, çempionatın XIV turunun əvvəlki görüşlərində Qəbələnin eyniadlı komandası doğma meydanda "Turan Tovuz"a 4:0, "Qarabağ" səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəlib. "Səbail" isə "Kəpəz" ilə ev oyununda qolsuz heç-heçə edib. Tura bu gün keçiriləcək "Sumqayıt" – "Zirə" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqasına 29 xalla "Qarabağ" klubu liderlik edir. Bir oyun az keçirən "Zirə" 27 xalla ikinci pillədə yer alıb. "Səbail" 22 xalla üçüncü, "Sumqayıt" 21 xalla dördüncüdür.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi