"Neftçi"də yoxlama aparıldı: Böyük yeyinti üzə çıxdı - Görün vəsait necə "yuyulub"

Yeni mövsümdən "Neftçi"nin SOCAR tərəfindən ayrılan büdcəsi azaldılacaq.
KONKRET.az-ın Publika.az-a istinadən məlumatına görə, bu barədə şirkət araşdırmalardan sonra qərar verib. Paytaxt klubunun əsas maliyyəçisi olan SOCAR əvvəlki mövsümlərin maliyyə hesabatını araşdırıb və nəticədə xoş olmayan məqamlarla üzləşib.
Xüsusilə transfer əməliyyatlarında və təzminatlara xərclənən milyonlar sponsorun diqqətini cəlb edib. Çox sayda futbolçu yüksək xərclər qarşılığında transfer edildikdən qısa müddət (təqribən 6 ay sonra) kompensasiya qarşılığında göndərilib. Bəzən bu xərclər 500 min və 1 milyon manat aralığında dəyişib. Oxşar hallar məşqçi dəyişiklikləri zamanı da yaşanıb.
Uğursuz nəticələrə rəğmən, futbolçulara ödənilən bonus və mükafatlar da SOCAR-ın diqqətini cəlb edib.
Bundan başqa, əlavə xərclərin çoxluğu, böyük büdcəyə rəğmən klubun bazasındakı təmir işlərinin yekunlaşmaması da narahatlıq doğurub. Müxtəlif əməliyyatlar üzrə bağlanan müqavilələrin bahalığı, media və digər qurumlarla əməkdaşlıq anlaşmaları zamanı məbləğlərin kifayət qədər yüksək olması nəzərdən qaçmayıb.
Bütün bu məqamları nəzərə alan SOCAR xərclərin optimallaşdırma siyasətinə uyğun olaraq "Neftçi"nin büdcəsini azaltmağa qərar verib. Bu proses mərhələli şəkildə hər mövsüm davam edəcək. Kluba hazırda hər mövsüm üçün 22 milyon manatdan bir qədər artıq məbləğ ayrılır. 4-5 il ərzində bu 5-10 milyon manata qədər azalacaq.
Bu proses barədə kluba məlumat verilib. Bildirilib ki, "Neftçi" bundan sonra özünü maliyyələşdirməyə keçməlidir. Bu mənada "Beşiktaş"dan gətirilən kadrların təcrübəsindən yararlanmaq tapşırılıb. "Ağ-qaralar"ın son zamanlarda ərəblər də daxil olmaqla bir neçə şirkətlə əməkdaşlığa can atması bu prosesin işartısıdır. Eyni zamanda "Qarabağ" nümunəsindən yararlanmaq və avrokuboklarda uğurlu çıxış edərək UEFA-dan vəsait əldə etmək də tələb olunub.
Məsələ ilə bağlı "Neftçi"nin mövqeyini öyrənməyə cəhd etdik. Amma klub bununla bağlı mövqe bildirməkdən imtina etdi.

İdman       Tarix: 25 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler en son xeberleri xeber gunun xeberleri