"Neftçi"nin yeni baş məşqçisi Azərbaycanda nə qədər maaş alacaq? – Həyat yoldaşı açıqladı

"Neftçi"nin yeni baş məşqçisi Laurençiu Regekampfın Azərbaycandakı maaşı Rumıniya mətbuatının ilkin yazdığından xeyli aşağıdır.
KONKRET.az "Fanatik"ə istinadən xəbər verir ki, bu barədə məşqçinin həyat yoldaşı, tanınmış futbol agenti Anamariya Prodan məlumat verib.
Rumıniyalı mütəxəssis "Neftçi" ilə müqavilə imzaladıqdan dərhal sonra Rumıniya mətbuatında Regekampfın Bakıda ayda 40 min avro alacağı haqda məlumat yayılıb. Yeni baş məşqçinin təqdimatında "Neftçi"nin prezidenti Kamran Quliyev bu xəbərləri təkzib edərək, məbləğin çox yüksək olduğunu bildirib.
İndi Regekampf ilə qalmaqallı boşanma prosesi yaşayan Anamariya Prodan ərinin Azərbaycanda cəmi 22 min dollar qazanacağını deyib.
O, bu məbləği ərəb ölkələrində işləyərkən aldığı məbləğlə müqayisə edib. "Orada ayda 180 min qazanırdı. Ona görə də indiki maaşı sadəcə pis deyil, dəhşətdir! Elə deyilmi?".
Bundan əlavə, Prodanın sözlərinə görə, Rege "Neftçi"də qazandığı məbləğin üçdə birini ortaq övladına aliment kimi köçürəcək.
"O ödəcəyək, mən onu cəzalandıracağam, başqa seçimi yoxdur. Azərbaycanda qazandığı pulu gizlədə bilməyəcək, çünki müqavilə var", – deyə futbol agenti bildirib.
Fanatik yazır ki, 22 min maaşla bağlı məlumat təsdiqlənərsə, Laurençiu Regekampf alimentə təxminən 7 min dollar xərcləyəcək.
Hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" rumıniyalı çalışdırıcının rəhbərliyi altında artıq ilk yoxlama oyununa çıxıb. Komanda Türkiyənin "Sakaryaspor" klubu ilə 1:1 hesablı heç-heçə edib. Qarşılaşmada "Neftçi"nin dörd yeni transferinin hamısı iştirak edib: qanalı hücumçu Qodsvey Donyo, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya, israilli və amerikalı yarımmüdafiəçilər Ataa Caber və Kenni Sayef.
"Neftçi" Boluda daha iki oyun keçirəcək. İyulun 11-də komandanın Türkiyənin digər klubu "Sivasspor"la qarşılaşacağı gözlənilir.
"Neftçi" Regekampfın rəhbərliyi altında ilk rəsmi oyununu iyulun 21-də Konfrans Liqasında Kiprin "Aris" klubuna qarşı keçirəcək. Larnakadakı AEK Arena stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab oyunu iyulun 28-də "Baksel Arena"da keçiriləcək. Matçın başlama saatı 21:00-dır.
Roman Göytürk,
KONKRET.az

İdman       Tarix: 09 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən ən son xəbərlər xeberler bu gun xeberler bugun 2026