Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı
"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb"
azxeber.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Belə ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib ki, bu da proqnoz göstəricisindən 7,5 faiz-bəndi çoxdur. Bu göstərici üzrə 2029-cu il üçün hədəf 100 faiz müəyyən edilib.
İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb. Bu, 2024-cü illə müqayisədə 2,8 faiz-bəndi artım deməkdir. 2029-cu il üçün hədəf göstərici isə 69 faizdir.
Eyni zamanda, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faiz olub. İcmal büdcənin qeyri-neft baza kəsiri isə qeyri-neft ÜDM-in 18,6 faizi səviyyəsində qeydə alınıb. Bu göstərici hədəf səviyyəsindən (22,1 faiz) 3,5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 1,4 faiz-bəndi aşağıdır.
Məlumata görə, büdcə xərcləri səmərəli və ünvanlı şəkildə, mövcud ehtiyaclara uyğun icra olunub.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu