Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyırAprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə keçirilən görüşündə çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərin geniş müzakirə edildiyini bildirdi. Əməkdaşlıq haqqında müzakirə olunan bütün məsələlərlə bağlı fikirlərin üst-üstə düşdüyünü dedi. Vurğuladı ki, Konqo prezidentinin ölkəmizə səfəri bizim gələcək əməkdaşlığımıza çox müsbət təsir göstərəcəkdir. 
Dövlət başçısı səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacağını vurğuladı. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparıldığını, fikir ayrılığı olmadığını qeyd edən dövlət başçımız COP29-la bağlı birgə işləməyə hazır olduğunu və verilən dəstəyə görə  təşəkkürünü bildirdi.
Prezident dedi ki, bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır.
Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.
İki ölkə arasında əməkdaşlığa dair Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında bu səfərin tarixi önəminə toxunan Prezident İlham Əliyev bir məqamı xüsusi vurğuladı. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini bildirən dövlətimizin başçısı Bakının təşəbbüslərinə bu ölkənin hər zaman dəstək verdiyini bildirdi. Dövlətimizin başçısı belə bir zəmində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının da təmin edildiyinə diqqət çəkdi. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələlərinin də durduğunu qeyd edən cənab Prezident ölkəmizin xarici siyasətində bu sahənin xüsusi önəm daşıdığını bildirdi.
Onu da qeyd etmək lazımdır ki, həm tarixi, həm də çağdaş dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğunu deyə bilərik. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır. 
Dövlət başçılarının imzaladığı əməkdaşlığa dair Bəyannamədə Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunmuş və müstəmləkəçilik irsinin və onların müxtəlif təzahürlərinin, habelə neokolonial təcrübənin yaratdığı problemlərin müzakirəsi üçün əlverişli şərait yaradan dekolonizasiya və neokolonializm üzrə beynəlxalq konfranslar silsiləsi ayrıca qeyd olunub. 
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına dəvət edən İlham Əliyev Azərbaycanın bu nüfuzlu tədbirə çox ciddi hazırlaşdığını, bu müstəvidə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini söylədi.
Azərbaycanla Konqo arasında əlaqələrdə tarixi anlar yaşandığını deyən Deni Sassu-Nqesson ünvanladığı bütün sorğulara müsbət cavab verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi. Konqonun istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə Azərbaycanla birlikdə mübarizə aparacağını əminliklə qeyd edən qonaq ölkəmizin iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu, eləcə də Bakının COP29-a yüksək səviyyədə davam edən hazırlıq işlərini də alqışladığını bildirdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində Afrikanın müxtəlif ölkələrindən çox sayda tələbə Azərbaycanın ali məktəblərində, xüsusilə neft ixtisası üzrə təhsil alıb. Dünyanı cənginə almış koronavirus epidemiyası ilə mübarizədə isə ölkəmizin Afrikaya yardım əlini uzatması faktı Ümumdünya Səhiyyə Təşkilatının hesabatında məxsusi olaraq qeyd edilib. Azərbaycanın Afrika ölkələri ilə əlaqələri pandemiya dövründən sonra daha da genişlənmiş, ikitərəfli münasibətlər yeni istiqamətlərdə inkişaf etmişdir. 
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında dedi: "Bu gün həm təkbətək görüş əsasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.
Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq".
Dövlət başçımız Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələlərinin durduğunu, bu gün də belə olduğunu dedi: "Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır".
Azərbaycan Prezidenti bu səfəri tarixi səfər adlandırdı. İlk səfər olduğuna görə yox, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırdı. Bildirdi ki, ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.
Bəli, bu gün Azərbaycanın xoşməramlı çağırışları planetin bütün qitələrində eşidilir və geniş əks-səda verir. Fransa kimi avropalı müstəmləkəçilərin əlindən zülm çəkmiş, əsarətdə yaşamış Afrika ölkələrinin Bakının bununla bağlı sağlam və xoşməramlı siyasətini dəstəkləməsi tam təbiidir. Artıq Azərbaycanı özünə dost ölkə seçmiş Konqo bu sırada birincilərdəndir.
Səlim Məmmədov,
Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri cəbhədən son xəbər idman xeberleri meherremlik 2026