Nigar Arpadarai: COP29 Azərbaycanı kiçik ölkədən daha böyük müzakirələrin iştirakçısına çevirəcək
COP29 Azərbaycanı kiçik ölkədən daha böyük müzakirələrin iştirakçısına çevirəcək.
azxeber.com xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai "Real Tv"yə müsahibəsində deyib.
"Azərbaycan iri addımlarla iqlim mövzusunda da irəliyə gedir. İllərdir böyük tədbirlərə ev sahiblik etmişik. COP29 isə tamamilə fərqldir. Bu, Azərbaycana olan hörmətdir, ölkəmizin nüfuzunun qəbul olunmasıdır", - N.Arpadarai vurğulayıb.
O xatırladıb ki, Azərbaycanın COP29 Sədrliyinin 14 təşəbbüsü var:
"Bizim təşəbbüslər elə hazırlanıb ki, müxtəlif sahələri əhatə edir. Çünki qlobal iqlim dəyişikliyi hər kəsin həyatrına təsir edən problemdir. Ola bilsin ki, bunu öz ölkəmizdə az hiss edirik.
Amma kiçik ada dövlətləri var ki, bunu çox böyük miqyasda hiss edirlər. İqlim dəyişikliyi ilə müxtəlif tədbirlərdə onlar bunu dönə-dönə qeyd edirlər.
Bu dövlətlərin nümayəndələri açıq deyir ki, bu cür davam etsə, biz 5 ildən sonra olmaya da bilərik. Çünki bu dövlətlərin okean və ya dənizin səviyyəsinin qalxması zamanı su altında qalmaq təhlükəsi var.
Bizim məqsədimiz də iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində layihə və startaplarla çıxış edən sahibkarları bir araya toplamaqdır".

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu