Nizamnamə aktivləşdi: Ermənistan yeni müharibəyə cəlb edilir?
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində irəliləməyə davam edir. Belə ki, artıq Ukrayna ordusu Kurskda 28 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Bu hadisələrin fonunda Rusiya ərazisinə hərbi müdaxilə səbəbindən KTMT-nin də münaqişəyə cəlb olunacağına dair məlumatlar artır. Xüsusən İrəvanda proses narahatlıqla izlənilir.
Maraqlıdır, Kremlin tələbi olarsa, Ermənistan Rusiyaya dəstək üçün hərbi birlik göndərə bilərmi?
KONKRET.az xəbər verir ki,Ukraynanın Kurska girməsi KTMT nizamnaməsinin aktivləşməsinə səbəb olacaq:
"Lakin Rusiya bunda maraqlı deyil. Çünki o zaman ciddi məğlubiyyətlə üzləşdiyini, Ukrayna ordusunun qarşısında çətin vəziyyətdə qaldığını etiraf etmiş olur. Bu da daxili və xarici ictimai rəydə Ukraynanın xeyrinə atılan addımdır və Ukrayna ordusunu ruhlandıra bilər. Bu səbəbdən Moskva prosedura uyğun olaraq KTMT nizamnaməsinin işə düşməsini istəmir.
Gələcəkdə vəziyyət çətinləşsə və digər ölkələrin dəstəyinə ehtiyac yaransa belə, Kreml sözügedən məsələnin reallaşmasında maraqlı deyil. Çünki KTMT daxilində heç də birmənalı fikir yoxdur. Məsələn, Ukrayna müharibəsi başladıqdan sonra Qazaxıstanın Rusiyanın əleyhinə sanksiyalara qoşulduğu haqqında xəbərlər var idi".
Politoloqun fikrincə, monolit fikrin olmaması kritik məqamlarda KTMT-nin dağılmasına səbəb ola bilər:
"Rusiya həmin ölkələrə müraciət edərsə, onlar seçim qarşısında qala, rəsmi Moskvaya dəstək verməyə bilərlər. Bu da KTMT-nin defakto dağılmasına gətirib çıxaracaq.
İrəvanın KTMT-yə münasibəti fonunda Rusiyanın səssizliyi Alyansın kövrəkliyini göstərdi. Görünür, "Rus NATO-su" indiki halda dağılmağa meyillidir. Ermənistana Rusiyaya dəstək üçün hərbi birlik göndərmək təklif edilərsə, bu, rəsmi İrəvan üçün göydəndüşmə hal olar. Şərti yerinə yetirmədiyini deyib, KTMT-dən çıxa bilər.
Rusiya siyasi və hərbi müstəvidə Nikol Paşinyan hakimiyyətinə güclü təsir edəcək heç bir addım atmır. Yalnız iqtisadi baxımdan effektiv təzyiqlər edə bilər. Lakin bu zaman da Paşinyan hökuməti vəziyyəti öz xeyrinə çevirərək, ölkə daxilində anti-Rusiya təbliğatı apara bilər"./Globalinfo.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var