"Nömrəmi tanımadığım qadına vermişdi"

Quba rayonunda 47 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 26-da rayonun Birinci Nügədi kəndində baş verib.
1979-cu il təvəllüdlü Adil həmin gün saat 22 radələrində yaşadığı evin qarşısında aralarında yaranmış məişət mübahisəsi zamanı Zamiqə (adlar şərtidir – red.) baş nahiyyəsindən daşla vurub, ona xəsarətlər yetirib.
İş üzrə ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, heç bir yerdə işləmir:
"Zamiqlə iki il əvvəl mənim mobil nömrəmi tanımadığım qadına verdiyi üçün aramızda ədavət yaranıb. 2025-ci ilin noyabr ayının sonlarında tanışlarımın yanında Zamiqin barəsində təhqiramiz ifadələr işlətdim. Noybarın 26-da, saat 22 radələrində yaşadığım evdə olduğum zaman Zamiq zəng edərək evimin qarşısında olduğunu dedi, mənimlə söhbət etmək istədiyini bildirdi. Evin qarşısına çıxdıqda Zamiq nə səbəbə barəmdə kənd ərazisində nalayiq ifadələr işlətdiyini soruşdu, aramızda mübahisə yarandı. Həmin vaxt biz əlbəyaxa olduq. Zamiq yumruqla sifət nahiyyəmdən vurdu. Bu zaman yerə yıxıldım. Yerdə olan daş parçasını götürərək Zamiqə vurdum".
Zərərçəkmiş Zamiqin sözlərinə görə, heç bir yerdə işləmir, himayəsində üç övladı var:
"Noyabrın 26-da kənd ərazisində olduğum zaman həmkəndlim Adil mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdiyini eşitdim. Adilə zəng edərək barəmdə nə səbəbə nalayiq ifadələr işlətdiyini maraqlandım. Adil isə məni yaşadığı evin qarşısına çağırdı. Həmin gün saat 22 radələrində Adilin yaşadığı evin qarşısına getdim. O, evin qarşısına çıxdıqda nə səbəbə mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdiyi ilə maraqlandım. Adil yaxşı edərək söydüyünü dedi. Həmin vaxt əsəbiləşərək Adili söydüm, sifət nahiyəsindən bir dəfə yumruqla vurdum. Bu vaxt aramızda dava-dalaş yarandı. Adil yerdə olan daş parçasını götürərək baş və bədən nahiyəmdən vurdu. Bunun ardınca oradan uzaqlaşdım".
Quba Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Hadisə       Tarix: 25 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişi

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun valyuta mezennesi 2026 xeberler bu qun cəbhədən son məlumat