Növbədənkənar seçkilərin keçirilməsi nədən xəbər verir?

Növbədənkənar seçkilərin keçirilməsi nədən xəbər verir?</p> 
 <p>İlyas Hüseynov, politoloq
Hazırda ölkədə Prezident İlham Əliyevlə seçkilərdə ciddi rəqabət apara biləcək siyasi xadim yoxdur. Azərbaycan 30 illik işğaldan sonra torpaqlarını azad edib. İlham Əliyevin qalib dövlətin Ali Baş Komandanı kimi yüksək reytinqi var. Təbii ki, seçkilərdə bir neçə namizəd olacaq, lakin onların qalib gəlmək şansları xeyli azdır.
İctimaiyyət arasında növbədənkənar parlament seçkiləri və ya Konstitusiya dəyişikliklərinə dair məlumatlar yayılsa da, növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı addım atıldı. Seçkilərin qəfil və gözlənilmədən elan edilməsi 2020-ci il parlament seçkilərini xatırladır. 2019-cu ilin dekabrında Prezident İlham Əliyev gözlənilmədən növbədənkənar parlament seçkilərinin 2020-ci ilin fevralında, yəni nəzərdə tutulduğundan 9 ay tez keçiriləcəyini elan etdi.
Sözügedən növbədənkənar Prezident seçkilərinin regional proseslərlə əlaqəsinin olub-olmadığını indi dəqiq proqnozlaşdırmaq çətindir. Qarşıdan gələn illərin regionda və bütün dünyada daha stresli və çətin olacağını qeyd edə bilərik. Yəqin ki, İlham Əliyev bu addımı 2025-ci ildə iki mürəkkəb tədbir – eyni ildə prezident və parlament seçkiləri keçirməmək üçün atıb. Nəzərə alaq ki, gələn il həm də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Böyük ehtimalla, gələn ilin payızında parlament seçkiləri də olan olunacaq.
Qeyd edək ki, Azərbaycanda 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə, prezident seçkiləri 7 ildən bir keçirilir. Bu dəyişiklikdən sonra hazırkı dövlət başçısı İlham Əliyev 2018-ci ilin aprelində Prezident seçilib. Azərbaycan Konstitusiyasında prezident seçkilərində iştirakla bağlı heç bir məhdudiyyət yoxdur, ona görə də cənab Prezident İlham Əliyev yenidən respublika Prezidenti postuna namizədliyini irəli sürə bilər.
Qarşıda bizi 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri gözləyir. Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin həlli üçün əlindən gələni etdi. Ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verildikdən qısa zaman sonra ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər edildi və "Qarabağ Azərbaycandır!" şüarı dillər əzbəri oldu.
Prezident seçildikdən cəmi iki il sonra ölkəmizin müasir tarixinin ən şanlı səhifəsi yazılmağa başladı. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, Konstitusion quruluşumuzun və suverenliyimizin tam bərpası prosesini tamamladı.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, əməkdaşlıq üçün daha münbit şərait formalaşdırdı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq! / konkret.az

Siyasi       Tarix: 08 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler bu gun az xeber xəbərlər.com cəbhədən son dəqiqə