"Nürnberq" bugünkü oyunda Mahirə belə təşəkkür etdi - FOTO
Almaniyanın "Nürnberq" klubu futbolçusu Mahir Emreliyə təşəkkür edib.
KONKRET.az qol.az-a istinadən xəbər verir ki, 2-ci bundesliqanın 33-cü turunun bu gün "Köln"ə qarşı ev matçından əvvəl Emreliyə və mövsümün sonu komanda ilə yolları ayıracaq bir neçə digər futbolçuya xatirə hədiyyəsi təqdim olunub.
Hədiyyələrdə futbolçuların çərçivəyə salınmış rəsmi həkk olunub. "Nürnberq" bununla bağlı şəkli sosial media hesabında "Danke Mahir" (Təşəkkür, Mahir) sözləri ilə paylaşıb.
Qeyd edək ki, "Nürnberq" – "Köln" matçı 1:2 hesabı ilə başa çatıb. M.Emreli əsas heyətdə meydana çıxıb, 46-cı dəqiqədə isə Tina Kusanoviçlə əvəzlənib. O, bu görüşdə qol vura bilməyib.
Xatırladaq ki, M.Emrelinin müqaviləsi başa çatdıqdan sonra – bu mövsümün sonu "Nürnberq"dən ayrılacağını klub bu həftə rəsmən açıqlayıb.


Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var