Nüvə raketi daşıyan Britaniya sualtı qayığı batmaqdan necə xilas oldu?

Nüvə raketi daşıyan Britaniya sualtı qayığı batmaqdan necə xilas oldu?</p> 
 <p>Bortunda nüvə raketləri daşıyan Britaniya sualtı qayığı dərinliyi düzgün müəyyən etməmək səbəbindən təhlükəli vəziyyətə düşüb.
KONKRET.az "The Sun"-a istinadən bildirir ki, hadisə "Vanguard" sinfinə aid sualtı qayıqlardan birində baş verib. Amerikanın "Trident-2 D5" raketləri ilə silahlanan dörd raketdaşıyıcıdan ibarət bir sıra nüvə sualtı qayıqları 1993-1999-cu illərdə Kral Hərbi Dəniz Qüvvələrinə verilib. Dörd sualtı qayıqdan biri daim Atlantik Okeanında döyüş növbətçiliyindədir.
Döyüş patrulu vəzifəsini icra edən və göyərtəsində 140 ekipaj üzvü olan sualtı qayıq okeanın dərinliyinə enib. Amma dərinlik ölçmə cihazlarının düzgün işləməməsi az qala faciə ilə nəticələnəcəkdi. Sualtı qayığın kapitanı  cihazlarının işləməməsi səbəsindən gəminin normal dərinlikdə olduğuna əmin olub. Əslində isə onlar artıq "qırmızı xətti" keçmişdilər.
Sırf təsadüf nəticəsində təhlükəli vəziyyəti anlayan kapitan həyəcan siqnalı verib.  "The Sun" yazır ki, sualtı qayığın batması an məsələsi olub. Kral Hərbi Dəniz Qüvvələri hadisə ilə bağlı araşdırmaya başlayıb.
Xatırladaq ki, "Vanguard" sualtı qayıqları Böyük Britaniyanın nüvə silahlarının yeganə daşıyıcısıdır. Dörd sualtı gəminin hamısı Şotlandiyanın Faslane şəhərində yerləşən Kral Dəniz Stansiyasının Klayddakı 1-ci Sualtı Diviziyasının bir hissəsidir. Eyni zamanda, dörd sualtı qayıqdan yalnız ikisi xidmətdədir. Bir nüvə sualtı qayığı əsaslı təmirə göndərilib. Modernləşdirilməsi təxminən 300 milyon funt-sterlinqə başa gələn digər qayıq isə hazırda  sınaqdan keçirilir.
Fransız və ingilislərin okeanda görüşü
2009-cu ildə "Vanguard" sualtı qayığı Atlantik okeanında Fransanın "Le Triomphan" nüvə sualtı qayığı ilə toqquşub. Hər iki sualtı qayıq tam nüvə raket arsenalına malik olub. Müttəfiqlər bir-birindən xəbərsiz kəşfiyyat aparıb. Rəsmi məlumata görə, iki ölkənin müdafiə nazirlikləri arasında qalmaqal yaranıb. Bundan sonra ingilislər və fransızlar belə hadisələrin yenidən baş verməməsi üçün tədbirlər görməyə çalışıblar.
Atlantikada yanğın
2022-ci ilin noyabrında Şimali Atlantikada olarkən "Vanguard" nüvə sualtı qayığında yanğın baş verib. Britaniya Müdafiə Nazirliyi insidenti rəsmən etiraf edərək, hadisə zamanı sualtı qayığın döyüş növbətçiliyində olmadığını,  ABŞ-a təlimlərə yollandığını qeyd edib. Yanğının səbəbinin elektrik naqilləri olduğu bildirilir. Fövqəladə vəziyyətin aradan qaldırılmasına sualtı qayığın bütün heyəti cəlb edilib. Sualtı qayıq içəridə yığılan zəhərli qazlar səbəbindən yuxarı qalxmağa məcbur olub. Sualtı qayığın kapitanı missiyanı dayandırmaq və bazaya qayıtmaq qərarına gəlib. Bəzi məlumatlara görə, qayıq üzmək iqtidarında olmadığından, limana yedəklə aparılıb.
London hazırkı nüvə sualtı qayıqlarını əvəz etmək üçün on milyardlarla dollar xərcləyəcək
2023-cü ilin oktyabrında Böyük Britaniya Müdafiə Nazirliyi 4 milyard funt sterlinq dəyərində yeni nəsil zərbə nüvə sualtı qayıqlarının inkişafı üçün müqavilələrin imzalandığını elan edib. "Vanguard"ların  dəyişdirilməsinin Britaniya büdcəsinə ümumilikdə 30 milyard funt-sterlinqə başa gələcəyi gözlənilir. Eyni zamanda, Kral Hərbi Dəniz Qüvvələri hazırkı dörd raketdaşıyıcının əvəzinə yeni tipli üç nüvə sualtı qayığı alacaq.
Vəli Həsənov,
KONKRET.az

Hadisə       Tarix: 20 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Şəmkirdə avtomobil ağaca çırpıldı: Ölən və xəsarət alanlar var - Adlar

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Vüsal Vüqar oğlu Əmrahovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yo

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi

Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, cinayət işi üzrə məhkəməyə gəlmədiyinə görə axtarışda olan Qədə

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, helikopter naməlum səbəbdə

İzmirdə zavodda baş verən güclü partlayışda 16 nəfər öldü

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilə

Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı

Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, cinayət əməlini törədən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseyno

Mask yenə Ukrayna ordusuna maneə yaratdı

"Starshield"in tətbiq etdiyi məhdudiyyətlər Ukrayna hərbçilərinin bütün əməliyyatlarının həyata keçirilməsinə mane olur. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Məlumat


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari xəbərlər.com cəbhədən xəbərlər cəbhədən son vəziyyət