O, idman jurnalistikasına yenilik GƏTİRMİŞDİ – AD GÜNÜ YAZISI

O, idman jurnalistikasına yenilik GƏTİRMİŞDİ – AD GÜNÜ YAZISIOnun  haqqında keçmiş zamanda yazmaq çox ağrılıdır.  Cəmi 47 il yaşadı. Cəmi 47…
Onunla tanışlığımız 30 il əvvələ təsadüf edir. İkimiz də o vaxtkı Dövlət Teleradio Verilişləri Şirkətinin "İdman redaksiyası"nın ştatdankənar müxbiri idik. İkimiz də həyata yeni atılırdıq, barmaqlarımız isə yeni qələm tuturdu. Tanınan idmançılardan müsahibələr almaq üçün məsləhətləşər, bəzən müsahibələrə bir yerdə gedərdik. Beləcə, isinişirdik, öyrənirdik bir-birimizə. Üç yaş balaca olmasına baxmayaraq, hərdən məsləhətlərinə də ehtiyac duyurdum. Oturuşunu, duruşunu bilən, üzü daim gülən bu gəncin adı Elnur idi. Bakı Dövlət Unuversitetinin 19 yaşlı tələbəsi yeni ideyalarla yaşayırdı. Çox çəkmədi ki, Elnur İdman redaksiyasından ayrılıb "7 gün"informasiya proqramına üz tutdu. Onun ilk süjeti isə BMT-nin o vaxtkı Baş Katibi Butros Qalinin Azərbaycana səfəri ilə bağlı idi.
Amma Elnur "7 gün"də az qaldı. Yenidən sevdiyi sahə onu özünə cəlb etdi. Bu dəfə Azərbaycan Dövlət Televiziyasına yenilik gətirdi. İdmanı və əyləncəni ümumiləşdirib "Sport Daycest" proqramını hazırladı.
Bununla da onun asan keçməyən televiziya karyerası başladı. Elnur Əşrəfoğlu adı artıq tamaşaçılar üçün doğma idi və verilişləri də, reportajları da özünə məxsus tərzdə aparırdı. Azərbaycan dilini mükəmməl bildiyindən şərhlərində söz qıtlığından əziyyət çəkmirdi. Səlis danışırdı, aydın şərh edirdi, bəzən emosional olurdu, bəzən isə futbolçularımızın biabırçı məğlubiyyətinə etiraz olaraq efirdə bir neçə dəqiqə susurdu.
Parlaq qələbələr zamanı isə Elnuru saxlamaq olmurdu. O coşurdu, idmançılarımızın qələbəsini tamaşaçıya çatdırmaq üçün Azərbaycan dilindəki ən dəyərli sözləri tapıb ifadə edirdi.
Onun səsi Olimpiya oyunlarından, Avropa və dünya çempionatlarından gəlirdi. Dünyanın yüzdən artıq ölkəsini gəzmişdi. Elnur həyatını Azərbaycan idmanına, onun təbliğinə həsr etmişdi. Elnur Əşrəfoğlu AzTV-dən getdikdən sonra da öz missiyasını davam etdirdi. Əvvəlcə "Neftçi"  futbol klubunda, daha sonra isə Cüdo Federasiyasında mətbuat katibi oldu. Ara sıra başqa televiziya kanallarında verilişlərə dəvət alırdı. Elnurun intellektual səviyyəsi onun istənilən mövzu barədə rahat danışmasına, fikir yürütməsinə imkan verirdi.
Ürəyi Azərbaycan idmanıyla döyünən vətənpərvər oğlan cəmi 47 il yaşadı. Son səfəri 2021-ci ilin avqustunda Yaponiyada keçirilən Yay Olimpiya Oyunları oldu. Pandemiyanın tüğyan etdiyi zamanda koronavirusa yoluxdu. Bir aydan artıq virusla mübarizə apardı və sonda….
Bəli, sonda Elnuru itirdik. Onu həm də Azərbaycan idman jurnalistkası itirdi. Bu gün Elnur Əşrəfoğlunun 49 yaşı tamam olur. Həyatını idman jurnalistkasına həsr edən Elnur, ruhun şad, yerin cənnət olsun…
Vəli Həsənov,
KONKRET.az

İdman       Tarix: 19 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta cəbhədən xəbərlər sonxeber.az dunyada son xeberler