"Ödənişlər artır və iş adamlarının imkanları genişlənir" - İqtisadiyyata böyük imkanlar yaradan SƏBƏBLƏR

Bu ilin ilk yarısında xaricdə yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələrinin həcmində artım qeydə alınıb. Belə ki, fiziki şəxslər tərəfindən Azərbaycana 1,6 milyard manat köçürülüb ki, bu da ötən ilin uyğun dövrünün göstəriciləri ilə müqayisədə 3,3 dəfə çoxdur. Bəs görəsən pul köçürmələrinin artmasının səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Rusiyanın xarici iqtisadi əlaqələrində köklü dəyişikliklər baş verir: "Moskva daha çox daxili resurslara söykənən və bazarı yerli istehsal hesabına daha artıq təmin edən siyasət həyata keçirir. Həmçinin idxalın əvəz olunması siyasəti həyata keçirilir. Beləliklə Rusiya sahibkarlarının idxalçılara nisbətən daha böyük imkanlar əldə etməsi dövriyyəni artırır. Digər səbəb isə dolların zəifləməsi və Rusiya rublunun getdikcə möhkəmlənməsi ilə bağlıdır. Yəni rubl dollar ekvivalentində artıb. Eyni zamanda Rusiyanın xarici ticarət dövriyyəsinə nəzərə salsaq və son 5-6 ay ərzində apardığı iqtisadi siyasətə diqqət yetirsək görərik ki, daxili iqtisadi subyektlərin stimmullaşdırılmasına əsaslanan siyasət həyata keçirilir. Bu da Rusiyada fəaliyyət göstərən sahibkarların imkanlarının genişləndirilməsinə şərait yaradır. Çünki, sanksiyalar müddətində Rusiyanın istehsalının təqribən üçdəbiri bazardan çıxarılıb. Belə olan halda yerli sahibkarların inkişafına yönəlik siyasət həyata keçirilir. Rusiyada yaşayan azərbaycanlıların əksər hissəsinin məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onların imkanlarının genişlənməsi üçün şərait yarandığını görə bilərik. Nəhayət sonuncu səbəb inflyasiyanın artması ilə bağlıdır. Belə ki, inflyasiyanın yüksəlməsi pulla ifadə edilən köçürmələrin artmasına səbəb olur".
İqtisadçı əlavə edib ki, mövcud vəziyyət Azərbaycan iqtisadiyyatı üçün geniş imkanlar yaradır: "Bir tərəfdən ödənişlər artır, digər tərəfdən isə iş adamlarının imkanları genişləndirilir. Ona görə də, pul köçürmələrinin artmasının sözsüz ki, ölkə iqtisadiyyatı üçün müsbət təsirləri mövcuddur".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 22 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər bu gunun xeberleri xəbərlər.com xeberler azerbaycan