"Oktyabrda sülh müqaviləsi imzalanacaq?" sualına - Paşinyandan CAVAB
"Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində sülh müqaviləsi imzalamağı planlaşdırmır".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasına səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Təəssüf ki, yox. Çünki sənədin imzalanması nəzərdə tutulsaydı, bu, o demək olardı ki, bu, maraqlar balansına hörmətlə yanaşır və biz onu imzalamağa hazırıq. Biz sülh gündəliyinin bizim prioritetimiz olduğunu söylədik və bunu tez bir zamanda istəyirik ki, mümkün qədər – ilin sonuna qədər, gələn ilin əvvəlində Azərbaycanla sülh müqaviləsi imzalansın", – Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, o, Qranadada sənədin imzalanmasının planlaşdırıldığını elan etmək istərdi, lakin bu, baş tutmayacaq. Eyni zamanda, Baş nazir intensiv danışıqların davam etdiriləcəyinə və tərəflərin məsələnin həllinə gələcəklərinə ümid etdiyini bildirib.

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq
Harri Keyn əməliyyat olundu - Foto