"Ölkə başçısının elektrik enerjisi istehsalına investisiyaların yerləşdirilməsi ilə bağlı siyasəti öz effektivliyini göstərməkdədir"
Əgər biz enerji daşıyıcıları nöqteyi nəzərdən uzun illər ərzində ixracatçı kimi mövqeləşirdiksə, bu gün artıq Azərbaycanın enerji sahəsində məhz enerji daşıyıcıları ixracatçısı kimi deyil, həm də elektrik enerjisinin istehsal edilməsi və ixracatı baxımından Azərbaycanın böyük potensialından danışa bilərik.
Bunu Milli.Az-a Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov Prezident İlham Əliyevin "Azərbaycan" İstilik Elektrik Stansiyasındakı yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olarkən söylədiyi nitqi şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı məsələlər, eyni zamanda ölkədə sırf elektrik enerjisi istehsalı ilə bağlı olan proseslər ölkə rəhbərliyinin diqqət mərkəzindədir və prioritet məsələdir:
"Bu da şübhəsiz ki, təsadüfi deyil. Bütövlükdə bu sahələrə aid olan məsələlər ölkə rəhbərliyi üçün strateji hesab olunmalıdır. Bugünkü gün Azərbaycan demək olar ki, öz enerji təhlükəsizliyini, enerji balansını təmin edir. Ölkəmiz bu istiqamət üzrə kifayət qədər ciddi təbii resurslara malikdir. Biz bilirik ki, ölkəmiz həm də, enerji ixracatçısına çevrilib. Əgər biz enerji daşıyıcıları nöqteyi nəzərdən uzun illər ərzində ixracatçı kimi mövqeləşirdiksə, bu gün artıq Azərbaycanın enerji sahəsində məhz enerji daşıyıcıları ixracatçısı kimi deyil, həm də elektrik enerjisinin istehsal edilməsi və ixracatı baxımından Azərbaycanın böyük potensialından danışa bilərik. Bu da olduqca önəmlidir və bir daha onu sübut edir ki, ölkə başçısının elektrik enerjisi istehsalına böyük həcmdə investisiyaların yerləşdirilməsi ilə bağlı siyasəti öz effektivliyini göstərməkdədir. Bu effektivlik məhz iqtisadi cəhətdən ölkəmizin qüdrətini yüksəldilməsində özünü göstərir. Ona görə də, mən hesab edirəm ki, Azərbaycanda enerji təhlükəsizliyi, enerji balansının təmin olunması ilə bağlı bütövlükdə vəziyyət kifayət qədər qənaətbəxşdir. Bu da bir daha onu deməyə əsas verir ki, ölkə prezidentinin enerji sektorundakı siyasəti öz iqtisadi nəticələrini verməkdədir.
Ekspertin fikrincə, ölkəmizin yaxın illər ərzində enerji təminatı ilə bağlı lazımi infrastrukturumuz mövcuddur. "Bununla yanaşı qeyd etmək lazımdır ki, perspektiv layihələr barədə də ölkə prezidentinə məlumat verilmişdir. İqtisadiyyatımızın artmasının bir tərəfdən bu perspektiv layihələrin reallaşdırılmasını diqtə edəcəyini hesab edirəm. Amma, digər tərəfdən də bunun ixrac nöqteyi nəzərdən potensialına da nəzər salmaq lazımdır".
O bildirib ki, yeni texnoloji quruluşun formalaşması, yüksək texnoloji sahələrin qabaqlayıcı formada inkişaf etdirilməsi, həm də enerji qoruyucu texnologiyaların ölkədə reallaşdırılmasına şərait yaradacaq: "Hesab edirəm ki, biz tədricən enerji qoruyucu texnologiyalardan istifadə edərək istehsal olunan elektrik enerjisinin daha çox ixraca göndərilməsinə və ölkəyə valyuta daxil olmalarının artırılmasına şərait yarada bilərik. Düşünürəm ki, ölkə başçısının reallaşdırdığı məhz enerji sektoruna, istehsalına daha çox investisiyaların yatırılması siyasətinin də əsas komponentlərindən biri budur. Yəni, biz enerji effektivliyinə keçəndən sonra istehsal olunan enerjinin xeyli dərəcədə böyük hissəsinin ixracatına nail ola bilərik ki, bu da ölkəmizin universal makroiqtisadi göstəricilər üzrə vəziyyətinin daha da yaxşılaşdırılmasına şərait yaratmalıdır".
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü