Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır"Azercell" 2023-cü il üzrə hesabatı çərçivəsində şəbəkə təkmilləşməsinə dair məlumatları açıqlayır
Rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biri, sürətli texnoloji inkişafın gələcək perspektivlərinə və çağırışlarına dair strateji baxışa malik "Azercell Telecom" MMC 2023-cü ildə ölkənin lider mobil operatoru statusunu qoruyub saxlayıb. Hazırda şirkətin respublika üzrə coğrafi əhatə dairəsi 94,5 %, əhali üzrə əhatəsi isə 98,35 % təşkil edir.
2023-cü ildə də "Azercell" infrastrukturunu ölkə boyu genişləndirməyə və gücləndirməyə davam edib. Belə ki, Bakı, Abşeron və Sumqayıtda 207 stansiyada, bölgələrdə isə 833 stansiyada təkmilləşdirmə işləri aparılıb, bunlardan 100-ü Naxçıvanın payına düşüb. Təkmilləşdirmə işləri ilə yanaşı "Azercell" yeni baza stansiyaları quraraq xidmət şəbəkəsini daha da genişləndirib. 2023-cü ildə Bakı, Abşeron, Sumqayıt ərazisində 65, regionlarda isə 70 yeni stansiya fəaliyyətə başlayb.
Abunəçilərin artan tələblərini qarşılamaq üçün həyata keçirilən şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi bütün ölkə üzrə 4G (LTE) şəbəkəsinin keyfiyyətinin yaxşılaşmasına və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub. 18 aylıq layihə çərçivəsində "Azercell"in Azərbaycan ərazisində 300-dən çox yeni baza stansiyası yerləşdirilib və təxminən 1 600 mövcud baza stansiya təkmilləşdirilib.
Nəticədə "Azercell"in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb. Beləliklə də 4G-in son bir ildə əhatə dairəsində 10 %, data trafik həcmində 48 %, internet sürətində isə 100 % artım müşahidə olunub. Modernləşdirmə layihəsi sayəsində Bakıda və Abşeron yarımadasında mobil operatorun şəbəkə tutumu 80 %, ölkənin digər regionlarında isə 75 % artıb.
Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi "Azercell"i mobil operatoru olaraq seçmiş 5 milyondan çox insanı daha sürətli məlumat ötürmə xidməti ilə təmin edib. Nəticə olaraq, "Azercell" abunəçiləri sosial şəbəkələr, multiplayer oyunlar, videokonfranslar və geniş çeşidli rəqəmsal həllər kimi multimedia xidmətlərindən daha rahat istifadə edə bilirlər.
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu və dördüncü nəsil LTE (4G) radio baza stansiyalarını quran "Azercell"in hazırda Qarabağda bu texnologiya əsaslı 153 baza stansiyası fəaliyyət göstərir. Şirkət 2023-cü ildə həmçinin Ağdərə, Xocalı və Xankəndi şəhərlərini də şəbəkəsinə əlavə edib, bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin olunması istiqamətdə işlərini davam etdirib.
"Yaşıl" texnologiyaların tətbiqinə başlayan mobil operator Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. "Yaşıl" baza stansiyaların enerji tələbatının 60 % günəş enerjisi hesabına qarşılanır. ESG (ətraf mühit, sosial və idarəetmə) Gündəliyi çərçivəsində "Azercell" yaxın illərdə ölkə daxilində yaşıl stansiyaların sayını artırmağı planlaşdırır. / azxeber.com

İqtisadiyyat       Tarix: 02 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb. xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketlər

Qızılın qiyməti aşağı düşüb

Comex birjasında 2026-cı ilin dekabrında çatdırılma müddəti ilə qızıl fyuçerslərinin qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb. xəbər verir ki, Bakı vaxtı ilə saa

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1 dollar artaraq 3 886,3 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 0,94 dollar azalaraq 49,12 dollara bərabər olub

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

Qızıl kəskin ucuzlaşdı

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulmuş qızıl füçersinin dəyəri 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 3 550 dollardan aşağı həddə geriləyib. -a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər metbuat xəbər cəbhədən xəbərlər