"Onların başları batsın..." - Rəşid Mahmudov əsəbiləşdi
Xəbər verdiyimiz kimi, xəstələri əl enerjisi ilə müalicə etdiyini iddia edən özbəkəsilli, "Bionurun sahibi" adı ilə tanınan İqbol Soliyev Bakı şəhərinə gəlib. Onun təqdim etdiyi "müalicə üsulu" sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs həqiqətən də, bu üsulla hansısa xəstəlikləri sağaltmaq mümkündürmü?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudova müraciət edib. O, verdiyi açıqlamada vurğulayıb ki, xüsusi enerji ilə müalicə tibb elminə məlum olmayan bir anlayışdır:
"Onu həbs etməkdə çox düzgün ediblər. Belə insanlar sadəcə fırldaqçıdırlar. Bu, tibbə məlum olmayan bir iddiadır və elmdən kənarda heç bir şey yoxdur. Bütün insanların hər bir hüceyrəsi adi halda 60-90 millivolt cərəyan verir. Fəaliyyət göstərəndə isə bu rəqəm 90-120 millivolt arası olur. Yəni o şəxs heç kəsdən fərqli deyil, bu enerji hamıda var. Elə şəxslər camaatı aldadır. Buna inanmaq bizim insanların cahilliyini göstərir. Onlar ayılmalıdır, belə şeylərə inanmamalıdırlar. Bir ara bəzi regionlarda "qaloşla müalicə" məşhurlaşmışdı, ona da meyl edənlər var idi. Bunlar hamısı savadsızlığın, anlayışsızlığın göstəricisidir. Hələ birinin əri, birinin oğlu götürüb aparır o kişinin yanına. Onların başları batsın… Yanlarında kişi əlini qadının ora-burasına çəkir".
Qeyd edək ki, ötən gün paytaxtda yerləşən "Bİ ES VİP" estetik klinikasında izdihama səbəb olan İqbol Soliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü