Orbandan NATO sammitində Ərdoğana dəstək

Orbandan NATO sammitində Ərdoğana dəstək"Türkiyə Rusiya-Ukrayna müharibəsində döyüşən tərəflər arasında uğurla vasitəçilik edən yeganə ölkədir".
KONKRET.az xəbər verir ki,bunu Macarıstanın Baş naziri Viktor Orban özünün "X" sosial şəbəkə hesabından yazıb.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sülh missiyasında mühüm tərəfdaş adlandırıb.
Hökumət başçısının mətbuat katibi Bertalan Havaşi, öz növbəsində, Vaşinqtonda (ABŞ) keçirilən NATO sammiti çərçivəsində Ərdoğan və Orbanın görüşdükləri barədə məlumat yayıb.
"Baş nazir Viktor Orban Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın sülhməramlı missiyası barədə danışıqlar aparıb. Söhbət zamanı Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. Viktor Orban Türkiyənin münaqişədə hələlik yeganə uğurlu vasitəçi olduğunu nəzərə alaraq, Macarıstanın sülhməramlı missiyasına dəstək verməsini xahiş edib", – deyə o bildirib.
Yeri gəlmişkən, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi görüş barədə məlumat yayıb. Bildirilib ki, iclasda, həmçinin, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmilər iştirak ediblər.
Qeyd olunub ki, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasını, həmçinin, regional və qlobal problemləri, o cümlədən Rusiya-Ukrayna müharibəsində sülh səylərini müzakirə ediblər.
Türkiyə lideri qeyd edib ki, Ankara Macarıstanın sədrliyi dövründə Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinə və Aİ ilə əlaqələrin inkişafına dəstək verəcəyinə ümid edir.

Mənbə: "Anadolu" Agentliyi

Siyasi       Tarix: 10 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA

ABŞ və İran arasında son dövrlər artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflərin qarşılıqlı təhdidləri, regionda hərbi fəallığın artması və diplomatik münasibətlərdə yaranan fikir ayrılıqlar

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımında

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsindən bildirilib. Buxarestin Rusiya idmançılarına viza verməkdən imtin

1000 nəfərin müəmmalı taleyi – Paşinyan Azərbaycana üz tutdu

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb. xəbər verir ki, Paşinyan bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber bugun xeberler son xeberler bugun cəbhədən xəbərlər