"Ortada yalnız vədlər var, real dəstək isə yoxdur" – Ukraynadakı vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya ilə savaşda gücü və resursu tükənən Ukrayna özünə alternativ dəstək axtarır. Çünki müharibə uzandıqca işğalçı ilə mübarizə aparmaq da çətinləşir. Belə ki, Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak Kiyevin Ukraynanın təhlükəsizliyinə təminat vermək üçün müxtəlif ölkələrlə danışıqlar apardığını deyib.
Maraqlıdır, Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi hansı ölkə üzərində dayanmaq daha məqsədəuğundur?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, təhlükəsizliyə təminatçı olaraq hansısa ölkənin seçilməsi  danışıqlar prosesindən asılı olan bir məsələdir: "Ukraynanın təcrübəsində təhlükəsizlik məsələləri ilə bağlı qara ləkələr təəssüf ki, çoxdur. Çünki nüvə silahından imtina edilməsinin müqabilində Ukraynaya ərazi bütövlüyünün təminatını verən dövlətlər mahiyyət etibarilə prinsipial addım atmadı. Onlardan biri Rusiya idi ki, Ukraynanın ərazilərini işğal etdi. Digərləri isə Böyük Britaniya və ABŞ idi ki, bu işğala seyirçi olaraq qaldılar. Ukraynanın ərazi bütövlüyü ilə bağlı Budapeşt memorandumu imzalanan zaman Fransa və Çin də Təhlükəsizlik Şurasının üzvləri kimi öz üzərinə öhdəlik götürmüşdü. Lakin bu öhdəliklərin heç biri yerinə yetirilmədi. Göründüyü kimi əsas məsələ praktik addımların atılmasıdır".
Politoloq bildirib ki, təhlükəsizliklə bağlı zəmanət məsələsinin necə olacağı və hansı konteksdə imzalanacağı bəlli deyil: "Ukrayna Prezidenti Volodimir Zelenski daha konkret fikirlər söyləsəydi məsələyə birmənalı münasibət bildirmək olardı. İndiki şəraitdə Ukraynaya edilən yardımların miqyasına nəzər salsaq görərik ki, bu yardımlar təhlükəsizlik üçün heç bir zəmanət vermir. İndiyə qədər 3 milyard dollar həcmində yardım ayrılıb ki, onun da əhəmiyyətli hissəsi Ukraynaya çatmayıb. Ortada yalnız vədlər var, real dəstək isə yoxdur. Vaxtilə İkinci Dünya Müharibəsində ABŞ-ın SSRİ-yə etdiyi yardımların həcmi trilyon dollarla idi. Bu rəqəmlər Ukraynaya ayrılan yardımın həcmi ilə müqayisə edilə bilməz. Digər tərəfdən Türkiyənin qlobal proseslərdə aktiv rol oynaması sevindirici haldır. Lakin indiki şəraitdə bunun nə dərəcədə real olması sual altındadır. Əgər konkret olaraq birtərəfli qaydada öhdəliklərin götürülməsindən söhbət gedirsə təhülkəsizlik təminatının necə veriləcəyi vurğulanmalıdır. O zaman, İngiltərə, ABŞ, Türkiyə kimi ölkələr bu prosesdə iştirak edə bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 06 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat cəbhədən son xəbərlər 2026 sonxeber cəbhədən xəbər