Orxan Məmmədov: 'Azərbaycanda mikrokreditlərin faizləri yüksəkdir
Azərbaycanda mikromaliyyələşmə xidmətləri xərc aparan proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Halbuki, sahibkarlıq subyektləri ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərlə və aşağı faizli kreditlərə ehtiyac duyurlar. Buna görə də dövlətin bu sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməli və maliyyə ehtiyaclarına çıxış sahibkarlar üçün daha əlçatan olmalıdır", - deyə o qeyd edib.
"Bəzi hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, maliyyə institutları kiçik kreditlərin verilməsindən çəkinirlər", - deyə sədr əlavə edib.
Bundan başqa, O.Məmmədov deyib ki, "2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşması istiqamətində Agentliyin qarşısında qoyulan vəzifələr sırasında KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması da yer alıb: "Bu günə qədər KOBİA Bakı və regionlar üzrə 21 mindən çox sahibkarın iştirakı ilə 584 sahəvi görüş, maarifləndirmə tədbiri keçirib, eləcə də agentlik yanında İctimai Şuranın iclasları təşkil edilib. Bu tədbirlərin 56-sı 1 600-dən çox sahibkarın iştirakı ilə maliyyə, güzəştli kredit və bankçılıqla bağlı olmuşdur".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var