Övladlığa götürmək üçün münasib olan 40 uşağın yarısının sağlamlıq imkanları məhduddur - RƏSMİ

Övladlığa götürmək üçün münasib olan 40 uşağın yarısının sağlamlıq imkanları məhduddur - RƏSMİ Övladlığa götürmək üçün münasib olan 40 uşağın yarısının sağlamlıq imkanları məhduddur - RƏSMİ
"Övladlığa götürülmə üçün münasib olan təxminən 40 uşağın yarısının sağlamlıq imkanları məhduddur. Təəssüf ki, valideyn namizədlər daha çox sağlam uşaqları övladlığa götürmək istəyirlər".
Oxu.Az-ın məlumatına görə, bunu "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatı və mətbuat konfransında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Nazir müavini deyib ki, bu sistemin faydalarından biri də müəssisələrdəki uşaqların siyahılaşdırılması, qeydiyyata alınması və bu sahədə dolğun, lazım olan parametr üzərində siyahı formalaşdırmaqdır:
"Hazırda bu proses gedir. Burada söhbət 1-2 müəssisədən getmir. 3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılırdı. Eyni zamanda, 77 regionda yerli icra hakimiyyəti orqanlarında da müəyyən siyahılar var, biz onu da əldə etməyə çalışırıq.
Digər tərəfdən əcnəbilər də uşaqları övladlığa götürmədə iştirak edirlər. Onların qeydiyyatını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparırdı. Hazırda yekun bazanı formalaşdırırıq, siyahıları alıb yoxlayırıq. Bizim sosial işçi həmin siyahıları bir daha yoxlayır, səfərlərə gedir, ailələri ziyarət edir. Bu çox vacib məqamdır". 
Sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı güzəştlərdən danışan nazir müavini qeyd edib ki, təhsil haqlarında güzəştlər nəzərdə tutulur:
"Eyni zamanda, Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri də nəzərdə tutulur. İstərdik ki, onlara aylıq müavinətlər də ayrılsın. Yəni bir çox sahələr üzrə istər uşağın özünə, istərsə də valideyn namizədə güzəştlər və dəstək verici mexanizmlər nəzərdə tutulur".
İlhamə Əbülfət /oxu.az

Sosial       Tarix: 03 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə


son xeberler azerbaycan xeberleri yeni xeberler beynelxalq bank mezenne sou xeberler bugun sou xeberler az xeber