"Oyunçuların çoxu oruc tutur, hörmətlə yanaşırıq"

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Belarusla oyundan öncə mətbuat konfransında iştirak edib.
KONKRET.az xəbər verir ki, portuqal mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– Səbuhi Abdullazadənin mətbuat konfransına gətirilməsi onu göstərir ki, sabah start heyətində yer alacaq? Ümumiyyətlə, hansı dəyişikliklər olacaq?
– Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi də onlardan biridir, oynamaq ehtimalı var. Dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl iki oyun oynamaq asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Həmin vəziyyəti nəzərə alaraq dəyişikliklər olacaq. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən… Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var.
– Qələbəniz yoxdur, amma baş məşqçi postundasınız. Qalibiyyət üçün nə qədər gözləməliyik?
– Hər oyunda qalib gəlmək üçün imkanlarımız olur. Qələbəyə hamılıqla inanmalıyıq. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda yaşanacaq. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da istifadə etmək lazımdır. Bunları etsək, qələbə gələcək.
– Haiti millisi ilə oyundan sonra bildirmişdiniz ki, müdafiədə oynamalıyıq. Hansısa dəyişiklər düşünmüsünüz?
– Hələ son qərar verilməyib. Bu gün son məşqimiz olacaq.
– Haiti ilə görüşdən sonra demişdiniz ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. Emosiyalara qapılaraq demişdiniz, yoxsa necə?
– Mən belə deməmişəm. Fikrim o idi ki, meydana giririk və dərhal məğlub olmağa başlayırıq. Sonra bildirdim ki, komanda birinci hissədə qol epizodları yaratdı, sadəcə onları konkretləşdirə bilmədik. İkinci hissədə dəyişiklik etmək istədik. Amma ikinci qoldan sonra komanda təslim olmuşdu. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qalib gəlsinlər. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər.
– Sabah qapıda Rza Cəfərova şans verəcəksiniz? Şahruddin Məhəmmədəliyevin son oyundakı performansı aşağı görünürdü…
– Kimlərin oynayacağını deyə bilməyəcəyəm. Analizlər edirsiniz, bunlar fərdi analizlərdir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsınız. Udanda birlikdə uduruq, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik.
– DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Bu qrupda sizin futbol fəlsəfənizi görəcəyik?
– Bu haqda şərh verməyəcəyəm. Həmin oyunlar iki-üç aydan sonra başlayacaq.
– Daim mental məsələlərdən şikayətlənirsiniz. Demək ki, mental məsələləri düzəldə bilmirsiniz. Bəs axırı necə olacaq?
– Cəmi 6 oyundur ki, buradayam. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Daim oyunçularla danışıram. Hər dəfə oyunçulara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri keçməlidirlər. Bu problemi birlikdə çözməliyik. Bu işdə siz jurnalistlər, azarkeşlər də çox vacibsiz. Nə qədər bir olacağıqsa, eyni istiqamətdə addımlayacağıqsa, bir o qədər asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda futbolçu qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə "öldürmək" olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək olaq. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birimiz belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı edəndə tərifləmək düzgün deyil. Onlar düzgün etməyəndə də dəstəkləmək lazımdır. Milli komanda bu deməkdir.
– Azərbaycan millisi kollektiv şəkildə yaxşı mübarizə apara bilir?
– Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Komanda şəklində müdafiədə çox zəif çıxış edirlər. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda… Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirmələri çalışdıq. Bir məşq ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər.// "Qafqazinfo"

İdman       Tarix: 25 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Premyer Liqada II tur: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Qəbələ" öz meydanında "Şəfa"nı qəbul edəcək. Görü

Çempionlar Liqası: "Sabah" "Hapoel"ə qarşı - Oyunda hesab açıldı - CANLI YAYIM

"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.  xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edir. Tofiq Bəhramov adın

Ronaldu qol vurdu, "Ən-Nəsr" liderliyini davam etdirdi

Portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının IV turunda "Ən-Nəsr"ə qələbə qazandıran qolu vurub. KONKRET.azxəbər verir ki, "Ən-Nəsr" doğma meydanında "Əl-Təavun"u 2:

Dambrauskas da püşkatmaya getdi

"Sabah"ı UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib. Klubdan -a verilən məlumata görə, bu gün Monakoda keçiriləcək tədbirdə klubun prezidenti Maqsud Adıgözəlov

UEFA-dan yeni qayda: Bundan sonra…

UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasında yeni qayda tətbiq edəcək. KONKRET. -a istinadən xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, UEFA eyni qarşılaşmanın ardıcıl üç mövsüm eyni stadiond

"Fənərbağça" 18 il sonra ÇL-nın əsas mərhələsində

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib. xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu səfərdə Fransanın "Lion" komandası ilə üz-üzə gəlib. İstanbul təmsilçisi matçda

"Tvente" Bakıya 150 azarkeşlə gələcək

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək. xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ağda

Elvin Cəfərquliyev 3 ay futbol oynaya bilməyəcək

"Qarabağ" zədəli futbolçularla bağlı son vəziyyəti açıqlayıb. xəbər verir ki, klubdan verilən məlumata görə, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə qoşulub. Renaldo Sefasın müalicəs

AVRO-2026: Azərbaycan Belçika ilə qarşılaşacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün Belçika ilə qarşılaşacaq. bildirir ki, matç 18:30-da start götürəcək. Qrupun digər oyununda, saat 15:30-da İspaniy


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az cəbhədən canlı son xeberler 2026 xeberler bu qun