Özbəkistan Azərbaycan və Türkmənistandan gəmi alışını nəzərdən keçirir
Özbəkistan Azərbaycan və Türkmənistandakı gəmiqayırma zavodlarından gəmi almağı düşünür.
Bunu Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində "Özbəkistan-24" telekanalına müsahibəsində Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov deyib.
"Azərbaycanda olduğu kimi, Türkmənistanda da gəmiqayırma zavodu var. Bu gün biz razılaşdıq ki, bu tərsanələrdən gəmilərin alınması məsələsini təhlil edəcəyik. Bütün texniki məsələləri işləmək lazımdır", - o bildirib.
Nazir qeyd edib ki, Özbəkistan Xəzər dənizində öz bərələrinin istismarına başlamağı planlaşdırır. Bu qərar daşımaların həcminin kəskin artması və hazırda 30-40 günə tıxaclar ilə bağlıdır.
Mahkamov Özbəkistan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat, logistika və ixtisaslaşmış sənaye sahələrində birgə şirkətlərin yaradılmasını nəzərdə tutan üçtərəfli sazişin imzalandığını açıqlayıb.
"Nəqliyyat-logistika və ixtisaslaşmış sənaye müəssisələrində müştərək şirkətlərin yaradılması üzrə işlərin başlanğıcını qoyan üçtərəfli sənəd imzalanıb. Orada yüklərin maneəsiz keçməsi, nəqliyyat-ekspeditorluq xidmətləri üçün şərait yaradacaq, eləcə də həm Özbəkistandan, həm də Özbəkistana yüklərin daşınmasına müəyyən üstünlüklər veriləcək. Təbii ki, Özbəkistan Respublikasından tranzitlə olan daşımalara da", - o qeyd edib.
Nazirin sözlərinə görə, belə koordinasiya nəqliyyat xərclərini, istehsalçılar və yükgöndərənlərin üzərinə düşən logistik yükü azaldacaq. / azxeber.com

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Neft ucuzlaşdı
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi