"Özümü milli komandada işləməyə hazır hiss edirəm" - Rəşad Sadıqov

"Çox yaxşı olardı ki, bundan sonra tez-tez bu cür tədbirlərdə iştirak edək".
KONKRET.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova həsr olunmuş "Stadionlar səssiz olanda" filminin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, ekran işinin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürünü bildirib: "İlk növbədə buna layiq olmaq lazımdır. Qurban Qurbanov başlanğıc etdi. Biz də çalışacağıq ki, bunun davamını gətirək".
Adının milli komanda ilə yanaşı çəkilməsinə də toxunan mütəxəssis bunun üzərində təzyiq yaratmadığını söyləyib: "Yığma mənim doğma komandamdır. Başqa ölkənin millisindən təklif gəlsəydi, bu, mənim üçün daha stresli vəziyyət olardı. Belə olan halda üzərimdə təzyiq hiss edə bilərdim. Amma doğma komandamla adımın yanaşı çəkilməsi məndə stresin yaranmasına səbəb olmur. Hazırda öz işimi görməyə davam edirəm. "Zirə"də fəaliyyətimi davam etdirirəm. İstər məşqçilər, istərsə də futbolçular tez-tez belə hallarla rastlaşırlar. Bu cür durumlara öyrəşməyə çalışırıq".
Onun sözlərinə görə, məşqçilik fəaliyyətinə başlamadan öncə də özünü bu vəzifəni icra etməyə hazır hiss edib: "Mənə "Qarabağ" və ya "Neftçi"də işləməyə hazırsanmı?" sualını versəydilər, deyərdim ki, bunun üçün müəyyən zaman lazımdır. Amma millinin yeri mənim üçün tamamilə başqadır. Demək olar ki, ömrümü orada keçirmişəm. Əslində, rəsmi təklif olmadığı müddətcə bu mövzuda çox danışmaq və fikir bildirmək istəmirəm".
R.Sadıqov "Qarabağ"ın Avropa Liqasının V turunda Norveçdə "Molde" ilə keçirəcəyi oyundan da söz açıb: "Komanda çox vacib oyuna çıxacaq. Arxayınlıq var ki, ən azı 3-cü yeri və Konfrans Liqasının pley-ofuna vəsiqəni təmin etmişik. Bəlkə də bu oyun həlledici olacaq. Təmsilçimizi gərgin oyun gözləyir. Düşünürəm ki, "Qarabağ" üçün son illərdə ən vacib görüşlərdən biri olacaq. İnanıram ki, bunun öhdəsindən gələcəklər".

İdman       Tarix: 28 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri cəbhədən yeni xəbərlər cəbhədən video dunya xeberleri