Pakistan, Türkiyə, Azərbaycanın birgə təlimləri - Bölgə üçün hansı dəyişikliklər yaradacaq?

Pakistan, Türkiyə, Azərbaycanın birgə təlimləri - Bölgə üçün hansı dəyişikliklər yaradacaq?Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.
Əvvəlcə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevə təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə məruzə edib.General-leytenant Hikmə Mirzəyev "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.
Xüsusi Təyinatlı Qüvvələr komandanı üç dövləti təmsil edən xüsusi təyinatlıları birgə təlimlərin başlaması münasibətilə təbrik etdikdən sonra Azərbaycan, Türkiyə və Pakistanın şəhidlərinin xatirəsini yad etmək ucun bir dəqiqəlik sükut elan olunub.Üç qardaş dövlət arasında bu cür təlimlərin keçirilməsində əslində dünyaya bir mesajdır. Dünya ölkələri bu üç dövlət arasındakı qardaşlığı hər zaman hiss edir. İstər yaxşı, istərsə də pis günlərdə bir-birilərinin yanında olan bu dövlətlər dünyaya birlik nümunəsidir."Bu gün əminliklə demək olar ki, Azərbaycan, Türkiyə və Pakistan dövlətləri ayrı-ayrılıqda öz bölgələrində, birlikdə isə bütövlükdə Cənubi və Ön Asiya, Yaxın Şərq, Qafqaz və Kiçik Asiya regionunda sülh və sabitliyin yeganə və istisnasız qarantlarıdır".
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.Deputat qeyd edib ki, bizim birgə gücümüz hansısa dövlətə yönəlməyib:"Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə təlimi bu dövlətlərin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasına xidmət etdiyi üçün regionda sülh və sabitliyə, eləcə də beynəlxlaq hüququn aliliyinin qorunmasına ciddi töhfə hesab edilməlidir. 44 günlük müharibə göstərdi ki, beynəlxlaq hüquq qaydalarının imperativliyi heç də həmişə haqq-ədalətin bərqərar olması üçün yetərli olmur. Təəssüf ki, hələ də ümumtanınmış prinsiplərə dırnaqarası yanaşan, Ermənistana və ümumiyyətlə separatizmə açıq dəstək verən dövlətlər olduğu üçün bəzən beynəlxlaq hüququ güc yolu ilə təmin etmək lazım gəlir.Azərbaycan 44 günlük savaşda 30 il ərzində məruz qaldığı işğal və təcavüz faktoruna məhz güc yolu ilə son qoydu. Müharibədə bütün istiqamətlərdə tam üstünlüyə malik olsaq da, beynəlxlaq hüquqla müəyyənləşmiş sərhədlərimizdən bir qarış da kənara çıxmadıq. Baxmayaraq ki, güc və imkanlarımız bizə İravana qədər irəliləməyə şərait yaradırdı. Bununla da Azərbaycan Vətən müharibəsində nümayiş etdirdi ki, başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi müharibəni rədd edir, Silahlı qüvvələrə isə öz təhlükəsizliyini və müdafiəsini təmin etmək vasitəsi kimi baxaraq sülh və sabitlik qarantı kimi yanaşır. Azərbaycanın ən yaxın müttəfiqləri kimi qardaş Türkiyə və Pakistan da eyni siyasəti izlədiklərini dəfələrlə nümayiş etdiriblər. Bu gün əminliklə demək olar ki, Azərbaycan, Türkiyə və Pakistan dövlətləri ayrı-ayrılıqda öz bölgələrində, birlikdə isə bütövlükdə Cənubi və Ön Asiya, Yaxın Şərq, Qafqaz və Kiçik Asiya regionunda sülh və sabitliyin yeganə və istisnasız qarantlarıdır. Bu mənada Bakıda Azərbaycan, Pakistan və Türkiyənin "Üç Qardaş - 2021" birgə təliminə geniş bir arealı əhatə edən, təcavüz amilini rədd edib bölgə əhalisinin təhlükəsizliyinə yönəlmiş regional hadisə kimi yanaşılmalıdır. Bizim birgə gücümüz hansısa dövlətə yönəlməyib, lakin, heç şübhəsiz ki, bu təlimlər separatizmi, təcavüzü müdafiə etməklə bölgədə vəziyyəti gərginləşdirməyi hədəfləyən mürtəce qüvvələr üçün də bir xəbərdarlıqdır".Bu gün dünyaya birlik və qardaşlıq nümunəsi olan Azərbaycan, Türkiyə və Pakistanın bu qardaşlığı, birgə təlimləri davamlı olacaq. Bu dövlətlər bundan sonrakı dövrdə də dünyaya örnək davranışları davamlı nümayiş etdirəcək.
Aydın Nuri

Siyasi       Tarix: 14 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeber az xankendi son.xabar