Pakistanda elektrik enerjisi KƏSİLDİ - SƏBƏB
Pakistanda elektrik enerjisi kəsilib.
KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın Energetika Nazirliyi tvitter hesabında yazıb. Nazirlik bildirib ki, bazar ertəsi Pakistanda milli şəbəkədə elektrik enerjisi artımından sonra elektrik enerjisi kəsilib.
"İlkin məlumatlara görə, bu səhər Milli Şəbəkənin sistem tezliyi 7.34-ə düşüb, nəticədə elektrik enerjisi geniş şəkildə kəsilib", – deyə nazirlik yazıb.
Qeyd olunur ki, İslamabad Elektrik Təchizatı Şirkətinin və Pişəvər Elektrik Təchizatı Şirkətinin bir neçə şəbəkə stansiyalarında elektrik enerjisinin verilişi bərpa olunub və hakimiyyət orqanları elektrik şəbəkəsi stansiyalarının bərpası üçün işlər aparır.
Energetika Naziri Xurrum Dastagir Geo TV-yə bildirib ki, yanacaq xərclərinə qənaət etmək üçün qışda enerji blokları gecələr müvəqqəti olaraq dayandırılır.
"Bu gün səhər saat 7.30-da sistemlər bir-birinin ardınca işə salındıqda, ölkənin cənub hissəsində Jamshoro və Dadu arasında tezlikdə dəyişiklik qeydə alınıb. Gərginlik dəyişdi və sistemlər bir-bir söndürüldü. Bu, o qədər də ciddi böhran deyil", – deyə Dastagir bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu