"Pandemiyadan sonra aviabiletlərdə bahalaşma gözlənilir
Post-pandemiya dövründə aviabiletlərin qiymətində bahalaşma müşahidə oluna bilər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı turizm üzrə mütəxəssis Rəhman Quliyev İctimai TV-nin efirində qonaq olan zaman deyib. Ekspert bildirib ki, bilet qiymətlərinin qalxmasına səbəb Beynəlxalq Aviasiya Assosiasiyasının tövsiyələrinə uyğun olaraq, ilk uçuşlarda təyyarənin tutumunun yarısı və ya üçdə biri qədər biletlərin satılacağıdır:
"Hər hansı fövqəladə vəziyyət yarandıqda bu, ilk başda turizm sektoruna ciddi zərbə vurur. Ölkəmizdə pandemiya səngiyən kimi yerli turistləri regionlara göndərmək üçün müvafiq tədbirlər görülməlidir. Bugünkü gündə regionlarda olan otellər yerli turistlərlə müəssisələri saxlamaqda çətinlik çəkəcək. Çünki regionlara gedən turistlər adətən səhər gedib axşam qayıdırlar. Bu da, o demək deyil ki, otellər yerli turistlərlə öz otellərini saxlaya, işçi qüvvəsini dolandıra biləcəklər, ayaqda qalacaqlar. Yardım davam etdirilsə, regionlardakı otellər də düzgün qiymət siyasəti yürütsə, vətəndaşlarımız üçün minimum qiymətlərlə bazara çıxsa, insanların oraya gəlməsini təmin edə bilər. Burada ən əsas məsələ qiymətdir.
Bundan başqa, beynəlxalq uçuşlar həyata keçirilməsə, xüsusi çətinliyi paytaxtda yerləşən otellər yaşayacaq".
Mütəxəssis qeyd edib ki, hazırda yay ayları üçün qabaqcadan tur-paketlər alan vətəndaşlarla turizm şirkətləri üz-üzə qalıb:
"Yay ayları üçün qabaqcadan tur-paket alan vətəndaşlarla bağlı hazırda tur şirkətlərində müzakirələr aparılır. Qabaqcadan müəyyən rezervasiyalar olunub və tur şirkətləri həmin məbləğləri aidiyyatı üzrə ödəyib, yəni, maliyyə onlardan çıxıb. Şirkətlər burada vasitəçi rolunu oynayırlar. İnanıram ki, heç bir vətəndaşın pulu batmayacaq. Çünki aviaşirkətlər, partnyor şirkətlər, xaricdə yerləşən otellər vaxt dəyişikliyinə üstünlük verir".
Milli.Az /news.milli.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu