Paralimpiya Oyunlarının məşəlinin marşrutu açıqlandı
İngiltərədən yola düşəcək "Paris-2024" Yay Paralimpiya Oyunlarının məşəli La Manş dənizaltı tuneli vasitəsilə Fransa ərazisinə daxil olacaq və 50 şəhərdən keçərək açılış mərasiminə çatdırılacaq.
KONKRET.az xəbər verir ki, Paralimpiya məşəli ilk olaraq Fransanın Kale şəhərinə gətiriləcək. 2024-cü il avqustun 25-dən 28-dək təşkil olunacaq estafetdə 1000 nəfər iştirak edəcək.
Paralimpiya Oyunları üçün başlanğıc nöqtə 1948-ci ildə İkinci Dünya müharibəsinin əlilləri üçün ilk yarışın keçirildiyi və Paralimpiadanın beşiyi hesab olunan London ətrafındakı Stok Mandevil kəndidir. Məşəl avqustun ortalarında orada alovlandırılacaq və La Manş tuneli estafetin rəmzi başlanğıcı olacaq. İlk gündə məşəl Kale şəhərinə gətiriləcək. Burada daha 12 məşəl alovlandırılacaq və Fransanın transsərhəd şəhərlərindən keçəcək. Bundan sonra estafet Paris istiqamətində davam edəcək. Avqustun 28-də məşəl Konkord meydanında açılış mərasiminə çatdırılacaq.
Estafetin şərtləri və kapitanları Olimpiya Oyunları ilə eynidir. Hər 200 metrdən bir məşəl daşıyıcısı dəyişəcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi