Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ

Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİSabah başa çatacaq Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
KONKRET.az xəbər verir ki, avqustun 10-da Azərbaycan millisinin daha iki idmançısı yarışa qoşulub, altısı isə mübarizəsini yekunlaşdırıb.
Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Artıq onların hamısı mübarizəyə qoşulub. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.
48 idmançıdan altısı Fransa paytaxtında mükafat qazanıb. Cüdoçular Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, boksçu Alfonso Dominqes (92 kq), taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) bürünc mükafat əldə edib.
Ümumilikdə milli üzvlərindən 47-si Paris-2024-lə vidalaşıb. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal mübarizəsini davam etdirir.
25 iyul
Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finalda iştirak edəcək
27 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət
Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer
Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət
28 iyul
Yaşar Nəcəfov (cüdo, 66 kq) – 1/16 finalda məğlubiyyət
Gültac Məmmədəliyeva (cüdo, 52 kq) – 1/16 finalda məğlubiyyət
Alfonso Dominqes (boks, 92 kq) – 1/4 finala yüksəlib
29 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 2 məğlubiyyət
Hidayət Heydərov (cüdo, 73 kq) – qızıl medal qazanıb
Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda məğlubiyyət
Məhəmməd Abdullayev (boks, +92 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə
Malik Həsənov (boks, 63,5 kq) – 1/8 finalda məğlubiyyət
30 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 1/4 finalda qrupda 4-cü yer, C/D yarımfinalın adlayıb
Zelim Tçkayev (cüdo, 81 kq) – 1/16 finalda məğlubiyyət
Ramil Vəlizadə (üzgüçülük, 200 m, batterflyay) – təsnifat mərhələsində qrupda 2-ci, yekunda 25-ci yer
Nicat Hüseynov (boks, 51 kq) – 1/8 finalda məğlubiyyət
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finala yüksəlib
Yaylagül Ramazanova (kamandan oxatma) – 1/16 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3×3 millisi – 1 məğlubiyyət
31 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – C/D yarımfinalında 3-cü yer, C finalına yüksəlib
Rostislav Pevtsov (triatlon) – 43-cü yer
Elcan Hacıyev (cüdo, 90 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə 1 məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3×3 millisi – 1 məğlubiyyət, 1 qələbə
1 avqust
Zelim Kotsoyev (cüdo, 100 kq) – qızıl medal qazanıb
Alfonso Dominqes (boks, 92 kq) – yarımfinala yüksəlib
Qadın basketbolçulardan ibarət 3×3 millisi – 1 qələbə, 3 məğlubiyyət
2 avqust
Uşanqi Kokauri (cüdo, +100 kq) – 7-ci yer
Selcan Maqsudova (batut gimnastikası) – 10-cu yer
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3×3 millisi – 2 qələbə, 4 məğlubiyyət
3 avqust
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 17-ci yer
Məryəm Şeyxəlizadəxəngah (üzgüçülük, 50 m, sərbəst üsulla) – 35-ci yer
Qadın basketbolçulardan ibarət 3×3 millisi – əsas mərhələdə 7-ci
4 avqust
Alfonso Dominqes (boks, 92 kq) – finala yüksəlib
Anna Skidan (atletika, çəkicatma) – təsnifatda 6-cı yer, final mərhələsinə yüksəlib
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 25 m) – təsnifatda 18-ci yer
5 avqust
Murad Məmmədov (yunan-Roma güləşi, 60 kq) – 1/8 finalda məğlub olub
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – bürünc medal uğrunda güləşəcək
6 avqust
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – 5-ci yer
Anna Skidan (atletika, çəkicatma) – 7-ci yer
Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal uğrunda güləşəcək
Mariya Stadnik (qadın güləşi, 50 kq) – 1/4 finalda məğlubiyyət
7 avqust
Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – 5-ci yer
Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) – bürünc medal uğrunda güləşəcək
Rafiq Hüseynov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda məğlubiyyət
Qaşım Maqomedov (taekvondo, 58 kq) – gümüş medal qazanıb
8 avqust
Zöhrə Ağamirova (bədii gimnastika) – təsnifat mərhələsində 19-cu yer
Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) – bürünc medal qazanıb
Əliabbas Rzazadə (sərbəst güləş, 57 kq) – 1/8 finalda məğlubiyyət
Osman Nurmaqomedov (sərbəst güləş, 86 kq) – 1/4 finalda məğlubiyyət
9 avqust
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzan (bədii gimnastika, qrup hərəkətləri) – təsnifatda 8-ci yer, final mərhələsinə vəsiqə qazanıb
Turan Bayramov (sərbəst güləş, 74 kq) – 1/8 finalda məğlubiyyət
Giorgi Meşvildişvili (sərbəst güləş, 125 kq) – bürünc medal görüşünə çıxacaq
Alfonso Dominqes (boks, 92 kq) – gümüş medal qazanıb
10 avqust
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzan (bədii gimnastika, qrup hərəkətləri) – 5-ci yer
Giorgi Meşvildişvili (sərbəst güləş, 125 kq) – bürünc medal qazanıb
Hacı Əliyev (sərbəst güləş, 65 kq) – 1/4 finalda uduzub
Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq) – bürünc medal görüşünə çıxacaq
Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.//İdman.biz

İdman       Tarix: 11 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" Qəbələ, "Zirə" isə Şamaxı səfərində

Misli Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək. xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Araz-Naxçıvan" evdə "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçis

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə

"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər

Bu gün UEFA Çempionlar Liqasında IV tura start verilir. KONKRET.azxəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu evdə "Ştutqart"la üz-üzə gələcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi, IV tur 3 noyabr

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR

Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" – "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki futbolçusu arasında mübahisə yaşanıb. Mateus Silva və Marko Yankovi

"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu

"Qalatasaray"ın 21 yaşlı ulduzu Aleksey Batrakov Çempionlar Liqasında əlamətdar bir statistikaya imza atıb. Cəmi dörd oyunda ilk dörd qolunu vuran rusiyalı futbolçu Lionel Messidən (13 oyun) və Kriştiano Ronaldoda

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç

Batrakovun transfer qiyməti açıqlandı

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. -a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçe

Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında

Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunlarına təyinat alıblar. qurumun rəsmi saytına istinadla xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcə


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler xeberler bu gun hava axsam az xeberler