Paris-2024: Kefiyyətsiz medallar dəyişdirilir

Paris-2024: Kefiyyətsiz medallar dəyişdirilirParisdə təşkil olunan Yay Olimpiya Oyunlarında idmançılara verilən və keyfiyyətində problem yaranmış medalların dəyişdirilməsi prosesinə qarşıdakı həftələrdə başlanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Report-a Beynəlxalq Olimpiya Komitəsindən bildirilib.
Qurumdan verilən açıqlamada medalların üzərinə naxışların orjinallardakı kimi həkk olunacağı qeyd edilib:
"Paris 2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi medalların istehsalı və keyfiyyətinə nəzarət işi ilə məşğul olan "Monnaie de Paris" ilə sıx əməkdaşlıq edir ki, medallardakı hər hansı problemləri qiymətləndirsin, zədələnmənin səbəb və şəraitini başa düşsün. Zədələnmiş medallar sistematik olaraq "Monnaie de Paris" tərəfindən dəyişdiriləcək və orijinallarla eyni şəkildə həkk olunacaq".
BOK tərəfindən məsələ ilə bağlı Milli Olimpiya Komitələri ilə əlaqədə olduqları vurğulanıb:
"Əvəzedici medalların təmin edilməsi prosesi qarşıdakı həftələrdə Paris-2024 və "Monnaie de Paris" tərəfindən, əlaqədar idmançıların Milli Olimpiya Komitələri ilə birlikdə idarə olunan formada başlamalıdır. Paris-2024 müvafiq Milli Olimpiya Komitələri ilə əlaqədədir".
Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.
H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançınin medalı keyfiyyətini itirib.

İdman       Tarix: 27 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler qurban bayrami 2026 beynelxalq bank mezenne krminal bu gun