Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilərFransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti medalını qazana bilər.
KONKRET.az-ın məlumatına görə, idmançı bu dəfə 400 metr məsafədə bacarığını göstərəcək.
Paraatletikada final yarışları Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.
Bu gün Azərbaycanın daha beş təmsilçisi turnirdə çıxış edəcək. Digər paraatlet Orxan Aslanov (T13 kateqoriyası) uzunluğa tullanmada mükafatçılar sırasına düşməyə cəhd göstərəcək.
Paracüdoçulardan Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kq), Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kq) və İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) uğur qazanmağa çalışacaqlar. Mübarizəyə saat 11:30-da start veriləcək.
Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) də növbəti dəfə medal əldə edə bilər. O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə yarışacaq. Təsnifat saat 12:47-də olacaq.
Qeyd edək ki, Azərbaycanın aktivində hələlik 7 mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) bürünc medala sahib çıxıblar. Ölkə medal sıralamasında 32-ci pillədə qərarlaşıb. Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

İdman       Tarix: 07 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər son xeberler az xeber az son xeber 2026