Partiyalar seçki kampaniyasına nə qədər pul xərcləyəcək? – SORĞU

Partiyalar seçki kampaniyasına nə qədər pul xərcləyəcək? – SORĞUArtıq deputatlığa namizədlərin qeydiyyatı başlayıb. Yaxın günlərdə isə qeydiyyata alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək.
Bəs siyasi partiyalar öz namizədlərinin uğurlu təbliğat-təşviqat kampaniyası üçün nə qədər vəsait ayırıb?
KONKRET.az bu suala cavab tapmaq məqsədilə seçkidə iştirak qərarı vermiş bəzi partiyalara müraciət edib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu məqsədlə ilkin mərhələ üçün 6 min manat ayrıldığını deyib:
Partiyalar seçki kampaniyasına nə qədər pul xərcləyəcək? – SORĞU"Bizim partiya seçki kampaniyası üçün ilkin mərhələdə 6 min manat vəsait ayırıb. Təbii ki, təbliğat kampaniyasında bu vəsait artırılacaq. Çünki təşviqat materiallarının hazırlanmasına böyük ehtiyac var. İlkin vəsait ancaq imzatoplama və digər məsələlərin həlli üçün nəzərdə tutulub".
REAL Partiyasının sədr müavini Natiq Cəfərli xərclərin hələ hesablanmadığını desə də, bunu sonda hökmən açıqlayacaqlarını bildirib:
Partiyalar seçki kampaniyasına nə qədər pul xərcləyəcək? – SORĞU"Məlum olduğu kimi hər bir namizədin vəsait toplamaq ixtiyarı var. Bununla bağlı bizim hesablar artıq açılıb. Əgər bütün 13 namizədimiz rəsmi qeydiyyatdan keçəcəksə o zaman "friendraising"lə bağlı daha çox məlumat paylaşacağıq ki, arzu edən şəxslər qanun çərçivəsində bizə daha çox maddi yardım göstərsinlər. Bununla yanaşı, partiya hər bir namizədin təşviqat materiallarının çap və digər reklam xərclərini öz üzərinə götürüb. Amma partiya ümumilikdə seçki kampaniyasına nə qədər vəsait xərcləyəcəyi sonda bəlli olacaq. Bunu hesablayıb, sonda açıqlayacağıq".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də partiyanın namizədlər üçün vəsait ayıracağını deyib:
Partiyalar seçki kampaniyasına nə qədər pul xərcləyəcək? – SORĞU"Uğurlu seçki kampaniyası aparmaq üçün yaxşı maliyyə vəsaiti lazımdır. Bizim də maliyyə resursları ilə bağlı müəyyən planlarımız var. Çalışacağıq ki, partiya olaraq namizədlərimizin zəruri maliyyə xərclərini qarşılayaq. Amma hazırda imzatoplama kampaniyası olduğundan partiyanın yalnız insan resurslarından istifadə olunur. Bunun üçün əlavə maliyyəyə ehtiyac yoxdur. Bildiyiniz kimi, AMİP Milli Məclisdə təmsil olunmadığı üçün dövlətdən maliyyə yardımı almır. Bununla belə, partiyamızın üzvlük haqlarından və ianələrdən formalaşan bəlli bir büdcəsi var. Biz də təbliğat kampaniyası zamanı həmin büdcədən istifadə etməyi düşünürük".
Natiq Səlim
KONKRET.az

Siyasi       Tarix: 22 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xabar az son xeber axsam.az xeberler