PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunubPAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafiq maliyyə məhsulları vasitəsilə KOB-ların idxal-ixrac əməliyyatlarının dəstəklənməsi" mövzusunda tədbir keçirib.
azxeber.com xəbər verir ki, tədbirdə beynəlxalq ticarətlə məşğul olan sahibkarların gündəlik fəaliyyətdə qarşılaşdıqları çətinliklər, gömrük qaydaları və qanunvericilikdəki dəyişikliklər, rəqəmsallaşma təşəbbüsləri, logistika prosesləri və maliyyələşmə imkanları müzakirə olunub. Eyni zamanda, yeni tənzimləmə qaydalarının biznes əməliyyatlarına təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Deloitte Azərbaycanın hüquq üzrə meneceri Şəbnəm Sadıq xarici ticarət əməliyyatlarında tətbiq olunan gömrük qaydaları və qanunvericilikdəki dəyişikliklərə dair təqdimatla çıxış edib. Təqdimatda gömrük auditi institutunun tətbiqi, İntellektual Gömrük İnformasiya Sisteminin (İGİS) imkanları, müvəqqəti saxlanc, ekspres daşınma və gömrük təmsilçiliyi ilə bağlı yeniliklərə toxunulub. Həmçinin gömrük əməliyyatlarının rəqəmsallaşdırılması, elektron xidmətlər, nağdsız ödəniş mexanizmləri və gömrük və vergi orqanları arasında məlumat mübadiləsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə məlumat verilib.
Panel müzakirəsində PAŞA Bankın Kredit Risklərinin Anderraytinqi üzrə Aparıcı direktoru Cəlal Quliyev, Kiçik və Orta Sahibkarlıq Bankçılığı üzrə Direktoru Arif Heydərov və Green Tech Qrupun Logistika və Gömrük Əməliyyatları Departamentinin rəhbəri Rüfət Ağayev çıxış ediblər. Çıxışlar zamanı idxal və ixrac əməliyyatlarında yaranan logistika və maliyyə məsələləri, təchizat zəncirinin idarə olunması, yeni gömrük tələblərinə uyğunlaşma və bu dəyişikliklərin biznes fəaliyyətinə təsiri ilə bağlı fikirlər bölüşülüb.
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunubPAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Green Tech-in təcrübəsi əsasında məhsulun istehsaldan son istehlakçıya çatdırılması mərhələləri, gömrük rəsmiləşdirilməsi zamanı yarana biləcək çətinliklər, sənədləşmə proseslərinin rolu, eləcə də logistika gecikmələrinin əməliyyat fəaliyyətinə və biznes nəticələrinə təsiri nəzərdən keçirilib. Qeyd olunub ki, logistika və sənədləşmə işlərinin düzgün təşkili xərclərin optimallaşdırılmasına və əməliyyatların fasiləsiz aparılmasına yardım edir.
Panel çərçivəsində sahibkarların maliyyələşmə ehtiyaclarının təmini məsələləri müzakirə edilib. PAŞA Bankın nümayəndələri faktorinq və ticarətin maliyyələşdirilməsi həlləri, kredit xətləri və akkreditivlərdən istifadə imkanları barədə məlumat veriblər. Bildirilib ki, uyğun maliyyə həllərinin seçilməsi şirkətlərə dövriyyə vəsaitlərini daha səmərəli idarə etməyə və xarici ticarət əməliyyatlarını daha çevik həyata keçirməyə şərait yaradır.
Tədbirdə PAŞA Bankın Rəqəmsal, KOB və Hibrid Kreditlər üzrə Baş məhsul sahibi Heydər İbrahimov faktorinq məhsuluna aid təqdimatla çıxış edib. Təqdimatda faktorinqin debitor borclarını maliyyələşdirməklə sahibkarların dövriyyə vəsaitlərinə çıxışını sürətləndirdiyi bildirilib. Həmçinin bu həllin ödənişlərin daxil olmasını gözlədikləri müddətdə sahibkarların maliyyə ehtiyaclarının qarşılanmasına və likvidliyin daha səmərəli idarə edilməsinə dəstək verdiyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, beynəlxalq ticarətin inkişaf perspektivləri və sahibkarların fəaliyyət zamanı rast gəldikləri praktiki məsələlər ətrafında müzakirələr aparılıb.
PAŞA Bank sahibkarların maliyyələşmə imkanlarının genişləndirilməsi və beynəlxalq ticarət fəaliyyətinin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

İqtisadiyyat       Tarix: 24 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

ATB-nin xalis mənfəəti 62% artıb

ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib. Xali

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır. "Vision 2030" strategiyas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeber xeberler bu qun son xabar ən son xəbərlər