Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi
Qeyri-maddi dəyərlərin maddiləşdirilməsi prosesi intensivləşdirilməlidir. Bizə elə gəlir ki, hər gün belə itirilmiş maddi dəyərlərimiz yoxdur, amma çox yanılırıq.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Regionlara səfərlər zamanı anladıq ki, mətbəximiz də qeyri-maddi sərvətdir, bu, Ermənistan Milli Təhlükəsizlik Strategiyasında da qeyd olunub. Müxtəlif kəndlərə gedəndə insanlar öz mədəniyyətlərini, həyat tərzini təqdim edirlər, tanış olmayan yeməklər görürük. Biz, məsələn, 3 km uzaqlıqdakı restorana gedib soruşanda ki, sizdə bu yemək varmı, təəccüblə bunun nə olduğunu soruşurlar. Bundan sonra mütəxəssislərin əraziləri gəzərək unikal yeməkləri sənədləşdirməsi üçün qrant və ya müsabiqə proqramının həyata keçirilməsi qərara alınıb. Məqsəd arxivləşdirmək deyil, iaşə şirkətləri ilə turizmin inkişafı baxımından əməkdaşlıq etməkdir ki, onlar bu reseptləri öz menyularına daxil etsinlər", – Paşinyan bildirib.
Qeyd edək ki, ermənilərin Azərbaycan mədəniyyətinə aid nümunələri oğurlaması 1829-cu ildə onların bizim torpaqlarımıza köçürülməsi ilə başlayıb. Bu onillər ərzində ermənilər maddi-mədəni sərvətlərimiz kimi, tariximizi, musiqimizi, mətbəximizi də oğurlayıb öz adlarına çıxıblar. Paşinyanın "restoranlar bu yeməklərin adını bilmir" deməklə əslində həmin yeməklərin ermənilərə aid olmadığını etiraf edir. Çünki "erməni milli yeməyini" ermənilərin bilməməsi mümkün deyil. Hətta bu yeməklər regional bağlı olsa belə. Məsələn, piti Şəki, ləvəngi Lənkəran və s. üçün xarakterik olsa da, o mətbəxi Azərbaycanda hamı yaxşı bilir və tanıyır, çünki minillərdir formalaşıb.
Ermənilər isə o yeməkləri ona görə tanımırlar ki, onlar vaxtilə o ərazilərdə yaşayan azərbaycanlılara məxsus olub və yalnız qonşuluqda yerləşdirilən ermənilər o mətbəxi mənimsəyiblər və lokal şəkildə tətbiq edirlər. İndi isə həmin nümunələrin toplanılmasına qrant ayrılır.
Başqa sözlə, Paşinyan Azərbaycan mətbəxinin Ermənistanda qalan izlərini toplayıb mənimsəmək üçün vəsait ayırıb./axaraz

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var